SON DƏQİQƏ

Şəhidlər xatirələrdə əbədiləşir- FOTO

Tarix:16-12-2023, 23:03

Bu gün Ağdam-Ağdərə istiqamətində şəhidlik zirvəsinə ucalan Nicat Nəbiyevin doğum günüdür.                             
Şəhidlər qısa bir ömür yaşasalarda  unudulmaz əməlləri ilə əbədiyyətə qovuşdular.                                                                   
Nicat Nəbiyevin doğum günü  tədbiri Sumqayıt şəhər Şəhidlər Xiyabanından başlandı. Şəhidlərin əbədi xatirəsi hörmətlə yad ediləndən sonra ruhlarına dualar oxundu. Tədbirdə iştirak edən şəhid anaları, media nümayəndələri və bir sıra qonaqlar şəhidin ailəsinə baş sağlığı verərək, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açmış və rəşadətli ordumuz, qəhrəman oğullarımız qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən işğalçılardan azad etdiyindən söhbət açdılar. Nicat Nəbiyevin məzarı üstünə tər çiçəklər düzüldü. Anası Əfsanə xanım, qardaşı Samir, yaxınları, doğmaları Nicat haqqında uşaqlıq, məktəb,  hərbi xidmət illərindən xoş xatirələri xatırladılar.                                            

Bu gün doğum  günü olan şəhidimiz haqqında ..
 Vətəninə, xalqına, dövlətinə bağlı olan əsgər Nicat Nəbiyev Nəzərinizə çatdırırıq ki, Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Nicat Nəbiyev 2000-ci ildə 16 dekabr sadə, zəhmətkeş bir ailədə dünyay gəlib. Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə 9 illik təhsil alır, sonra təhsilini 10 saylı peşəliseyində davam etdirir. 2019-cı ildə həqiqi hərbi xidmətə yola düşür və hərbidə qüsursuz xidmət edir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən N,Nəbiyev komandanlığa ərizə ilə müraciət edərək könüllü döyüşlərdə vuruşmaq istədiyini bildirir. Hərbi hissədə qüsursuz xidmətlərinə görə döyüşlərə qatılmağa sərancam verilir. Oktyabrın 2-də Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Azərbaycan ordusunun şəhid əsgəri böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyevin  ölümündən sonra  Nicat Nəbiyevi "Vətən uğrunda" medalı ilə təltif edib.                                                                 

Subay idi. Ailədə 2 qardaş idilər: Nicat və Samir. Xatıladaq ki, 2004-ci ildə Nicat və Samir qardaşlarını anaları Əfsanə Əbülfətova tək böyüdüb.      
44 günlük  Vətən müharibəsi  həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən əzmkarlığa yol açdı. Bir yumruq olmuş xalq özünün Zəfərini dünyaya qalib ölkə olaraq təqdim etdi!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 XeberTıme.az 



   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ