SON DƏQİQƏ

Bu gün qəhrəmanlıq tarixi yazan Namiq Quliyevin doğum günüdür

Tarix:31-12-2023, 12:25

Üç rəngli bayrağını canı qədər sevən, vətən sevdalı şəhidimiz Namiq Quliyevin bu gün doğum günüdür.                                                         
Şəhidin ailə üzvüləri, doğmaları, yaxınları, media nümayəndələri, din xadimləri, Sumqayıt Elektrik Şəbəkəsinin bir sıra əməkdaşları Sumqayıt şəhər Şəhidlər Xiyabanınında şəhidin məzarını ziyarət edib, üstünə tər güllər düzdülər, şəhidin ruhuna dualar oxundu. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçərək şəhadətə ucalan şəhdlərimiz ehtiramla yad olundu, Ulu yaradandan rəhmət diləndi. 
Xatırladaq ki, Namiq Quliyev 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində dünyaya gəlmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə qatılır. Cəsur döyüşcü Namiq Quliyev əvvəl gündən qəhərəmanlıqla səngərdə vuruşur. Onun Xocavənd, Laçın rayonlarının və Suqovuşanın azad olunmasında müstasna xidmətləri olur.            

Oktyabrın 22-də Namiq Quliyev Suqovuşan uğrunda gedən ağır döyüşlərdə komandiri ilə birgə 9 əsgər və zabitimizlə şəhidlik zirvəsinə ucalır. 19 yaşlı əsgər şəhidimiz 25 oktyabr böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.      
Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra Quliyev Namiq Natiq oğlu "Cəsur döyüşcü",  “Vətən uğrunda" və "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində küçələrin birinə şəhid Namiq Quliyevin adı verilib.   

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 XeberTıme.az
  

      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ