6 yanvar lokal xarakterli antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalan Emral Həsənovun doğum günüdür.
Quba rayonu Səbətlər kəndində 20 sentyabr 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirlərində şəhadətə ucalan Quba rayonu Səbətlər kənd sakini Emral Həsənovun ailəsini Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev, telejurnalist Yeganə Telmanqızı şəhidin iş yoldaşları Sevinc xanım, Aybəniz xanım və Taleh ziyarət etdilər.
Şəhidimizi tanıyaq.
Həsənov Emral Vüqar oğlu 2002-ci il yanvarın 6-da Quba rayonu Səbətlər kəndində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. 2008-ci ildə Emral şəhid E.Məmmədov adına Səbətlər kənd orta məktəbəndə İlyasov Zümrüd müəllimənin sinifinə daxil olur, Dərs əlaçısı idi.
2009-cı ildə tam orta təhsilini bitirir. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. İk hərbi xidmətini Ağcabədidə yerləşən N saylı hərbi hissədə başlayır.
2020-ci ildə başlanan Azərbaycanın Ermənistanın təcavüzünə cavab verilən müharibəyə qatılır. 44 günlük Vətən müharibəsində şücayətliklə vuruşur, düşmənin neçə-neçə canlı qüvvəsini və texnikasını məhv edir. Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın azad olunmasında müstasna xidmətləri olur.
Emral Həsənov 2021-ci ilin iyul ayında həqiqi hərbi xidmətin başa vurub doğulub böyüyüb boya-başa çatdığı kəndə ata-baba ocağına qayıdır. Mülki işlərdə çalışır lakin, bu işlərdə öz arzusuna çatmağa kömək edə bilmir. Emralın uşaqlıq arzusi hərbiçi olmaq idi. 2023-ci ilin fevral ayından hərbi qulluqcu kimi xidmətə başlayır, 3 ay kurs keçdikdən sonra may ayında Qusar şəhərində N saylı komanda hərbi hissəsində xidmətə başlayır.
20 sentyabr “ildırımsürətli” lokal xarakterli antiterror tədbirlərində cəsurluqla vuruşur və Ağdamın Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə 21 yaşında şəhidılik zirvəsinə ucalır. Hər iki müharəbədə tarix yazan qəhrəman sentyabrın 22-də Səbətlər kəndində canı qədər sevdiyi torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük Vətən müharibəsində döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Həsənov Emral Vüqar oğlu “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” medalları ilə, lokal xarakterli antiterror tədbirlərində çücayətliklə vuruşduğuna görə ölümündən sonra “Vətən uğrunda” və “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qardaşı Rəcəb Həsənov qəhrəmanlıq tarixi yazan qardaşı haqqında fikirləni bizimlə bölüşdü:
- Emralın sinif yoldaşı həmdə yaxın dostu əslən Quba rayonunun Çiçi kəndindən olan Tahir Talıbov Vətən müharibəsində şəhid olur. Emralın bundan xəbəri olmur, o zaman Emral Vətən müharibəsində vuruşurdu. Sonralar dostunun şəhid olmasını eşitdi, dostunun qisas alması hissi ilə yaşadı və qisasınıda aldı...Dostunun başladığı işi Emral sona yetirdi. Qardaşımla fəxr edirəm!
Şəhidin anası Mətanət xanımla şəhidin döyüş yolundan, onun həyata keçə bilməyən arzularından danışdıq.
– Övlad itkisi ağır olsa da, onların Vətən uğrunda canlarını fəda etməsi, torpaqlarımızın azad olunması uğrunda şəhid olması valideynlər üçün təsəlli yeridir. Çünki onlar Azərbaycanın şanlı tarixini yazaraq gələcək nəsillərə örnək oldular: Şanlı tarix yazanlardan biri də mənim gözəl, şux qamətli, gözləri, ürəyi daim Vətən eşqi ilə yanan pəhləvan cüssəli balam idi. Onda vətən eşqi çox idi. Həmişə deyirdi ana mən şəhid olsam səni Rəcəbə, Rəcəbidə sənə tapşırıram...
Qəşəng gülüşü var idi, ana-bala olaraq danışanda deyirdi ki, “O qədər darıxacaqsan ki, mənim gülüşüm üçün”.
Elə bil ilahidən ona bir qüvvə şəhid olacağını bildirirdi. 16 yaşı olanda bir qızı istəyirdi, zamanla o qızıda özündən uzaqlaşdırdı, gələcəyini görürdü yəqinki balam. Qızı məndə tanıyırdım, qız şəhid xəbərini eşidib gəlmişdi. Yeganə xanım bu şəkildə gördüyünüz Ağamir, Emral, Altun bu uşaqlar yaxın dost idilər, hərbi kursuda bir yerdə oxudular, üçüdə bir xidmətə başladılar və üçü də eyni gündə şəhid oldular. Allahın qismətinə baxın...
Emralın babası ziyalı bir şəxs idi, kənd üçün xeyli işlər görmüş bir el ağsaqqalı idi. Babası Rəcəb kənd yolunda, nəvəsi Emral el yolunda öz sözlərini əməlləri ilə etdilər.
44 günlük Vətən müharibəsi şəhidi Namiq Quliyevin atası Natiq Quliyev “XeberTıme.az” Analitik İnformasiya Portalının bildirdi:
- Qarabağın tarixini yazan qəhrəmanlardan birinin atası olaraq fəxrlə deyə bilərəm ki, Namiq kimi, Emral kimi oğullar adını qalibiyyət səlnaməsinə yazdırdı. 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, 24 saatlıq lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan tarixinə qızıl həriflərlə yazıldı və tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Övladlarımız az ömür yaşasa da elinə, obasına, ailəsinə qürur yaşatdı. Bax, bu da biz valideynlərə bir təsəllidir. Mən şəhid atası olaraq mütamadə olaraq şəhid ailələrinin ziyarətində oluram onlarla dərdimizi bölüşüb, övladlarımızı cəmiyyətə tanıdıram. Böyüməkdə olan nəsil bu oğulları tanımalıdılar.
Sevinc Bağışova göz yaşları ilə danışdı.
- Emralla plastik zavodda bir müddət çalışmışıq, tanışlığımızda ordan başladı. Mən anbardar idim, o da fəhlə, həm də aparatda işləyirdi. Çox qocaq, işguzar insan idi. Balaca qardaşım qədər, doğmam qədər istəyirdim onu. Çox yaxşı işci olub kollektivdə hamı onun xətrini çox istəyirdi. Mənə xüsusi hörməti var idi. O işdən cıxan gün mən ağladım, Emral dedi: “Ağlama arada gələrəm”. Tez-tez yazırdı mənə və deyirdi: “Sevinç xanım siz yaxşı insansız. Gözəl insan” mənə belə deyərdi. Amma neyləmək olar, onun alın yazısı şəhid olmaq idi. Şəhid olmasını eşidib çox pis oldum, sanki doğmamı, əzizimi itirdim. Neçə gün ağladım, həttda sağlamlığımdada problemlər yarandı, heç istəməzdim ki, onu itirim. Onun sözləri heç yadımdan çıxmır. Hər zaman arzulayırdım ki, bu qapıya onun toyuna gəlim. Bu gün Emralın doğum günüdür, yadımdadır keçən il bu gün ad günü idi o qədər sevinirdi. İndi biz ailəni ziyarət edərək Emralı ehtiramla xatırlayırıq. Görünür ki, Allah belə buyurdu onu ən uca zirvəyə yüksəltdi.
Allah bütün şəhidlərimizə rəhmət etsin! Biz hər birimiz öləcəyik, lakin şəhidlərimiz hər zaman yaşayacaqlar. Onlar Vətəni qorudular, torpaqlarımızı yağı düşməndən azad etdilər.
44 günlük Vətən müharibəsində və 24 saatlıq anti-terror əməliyyatı növbəti dəfə Ermənistana, onun havadarlarına Azərbaycan ordusunun gücünü və nəyə qadir olduğunu gördü.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az