SON DƏQİQƏ

Türkiyə ordusu 9 şəhid verib - YENİLƏNİB

Tarix:14-01-2024, 15:09

İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. 
XeberTıme.az  xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
 
Nazirlik qeyd edib ki, həkimlərin səyinə baxmayaraq, daha 1 yaralı hərbçi dünyasını dəyişib.
 
Bundan əvvəl 8 əsgərin şəhid olduğu bildirilmişdi.
Türkiyə ordusunun beş əsgəri şəhid olub.
 
Bildirilir ki, terrorçuların hücumu nəticəsində İraqda Türkiyə ordusunun 3-ü ağır olmaqla 8 əsgəri yaralanıb.
 
İlkin məlumata görə, toqquşma zamanı 12 terrorçu zərərsizləşdirilib.
 
Bölgədə əməliyyat davam edir 

XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ