SON DƏQİQƏ

Qəhrəmanlar həmişə qəlbimizdə yaşayırlar- FOTOLAR

Tarix:22-01-2024, 22:53

Şəhid Hüseynov Kamran Namiz oğlu 12 iyul 1995-ci ildə Neftçala şəhərində anadan olmuşdur. Uşaqlıq illərini doğulduğu Neftçala şəhərində keçirib. 2002-ci ildə E.Həbibov adına 4 saylı tam orta məktəbin 1-ci sinifinə getmişdir. 2011-ci ildə həmin məktəbi bitirib Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bitirib və leytenant hərbi rütbəsi verilib. 2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin 4 aylıq kursunda olmuşdur və XTQ zabiti olaraq xidmətə başlamışdır. Leytenant Kamran Hüseynov xidməti dövründə dəfələrlə təlimlərdə iştirak etmişdir. Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 18.11.2019-cu il tarixdən 21.12.2019-cu il tarixədək fəaliyyət göstərən “kəşfiyyatçı artileriya korrektəedici” ixtisası kursunu bitirmişdir. 05.03.2018-ci il tarixdən 13.04.2018-ci il tarixədək Ankaranın Gölbaşı şəhərində Genelkurmay Özel Kuvvetler Komutanlığında açılan 3-cü Dönem Uluslararası Askeri Serbest Paraşüt kursunda iştirak etmiş və müvəffəqiyyətlə başa vurmuşdur. 03.10.2022-ci il tarixdən 11.11.2022-ci il tarixədək Kayserinin Zincirdere şəhərində Kara Kuvvetleri Komutanlığı 1-ci Komando Tugay Komutanlığında 48-ci Dönem Statik Paraşüt Katlama ve Kullanıcı Bakımı Kursunu müvəffəqiyyətlə başa vurmuşdur. Hərbi xidməti zamanı fərqləndiyinə görə rəhbərlik tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamələrlə təltif edilmiş, baş leytenant hərbi rütbəsi verilmişdir. 
Azərbaycan Ordusunun baş leytenantı olan Kamran Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şüşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı yaralanmasına baxmayaraq yenidən xidmətini davam etdirmiş, Vətən müharibəsindəki qələbədə pay sahibi olub.
 
Şəhid baş leytenant Hüseynov Kamran Namiz oğlu xidməti vəzifəsini yerinə yetirərkən ermənilərin basdırdığı minaya düşərək qəhrəmancasına şəhid olub. Şəhid Kamran Hüseynov 4 mart 2023-cü il tarixində Neftçala şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
 
Xidməti dövründə baş leytenant Azərbaycan Respublikasının prezidentinin sərancamı ilə  Hüseynov Kamran Namiz oğlu "Kəlbəcərin azad olunmasına görə", “İgidliyə görə”, "Cəbrayılın azad olunmasına görə", "Xocəvəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə", “Şücaətə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 25.06.2023-ci il tarixli Sərəncamına əsasən Hüseynov Kamran Namiz oğlu ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Xatırladaq ki, torpaqlarımızın azadlığı uğrunda xain düşməni məhv edən igidlik göstərərək şəhidlik zirvəsinə ucalan,  XTQ-nın baş leytenantı, Vətən müharibəsinin igid qəhrəmanı Kamran Hüseynovun ailəsini Zülfiyyə ana, Namiz ata, kəşfiyyatçı şəhid Pərviz Məmmədlinin anası Təranə xanım, Almaniya Medina Derneyinin Tesiscisi qurucusu Cemalettin Ozdemir hocanın qurdugu Azərbaycan üzrə şəhər, rayon şəhid ailələri qruplarının baş inzitaçısı, şəhid nəvəsi hər zaman şəhid ailələrinin yanında təmansız xidmət eden könüllü gənc  Əziz Əzizov şəhid Kamran Hüseynovun ailəsini ziyarət ediblər. 
 
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ