SON DƏQİQƏ

Ramil Rəhimov vətənimiz üçün unudulmayacaq oğuldur- FOTOLAR

Tarix:9-02-2024, 23:47

Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu.    
                                            
44 günlük Vətən müharibəsində qəhrəmanlıqla vuruşub, tarix yazaraq  şəhadətə ucalan Namiq Quliyevin atası Natiq Quliyevlə birgə Abşeron rayonu Ceyranbatan qəsəbəsində tariximizə böyük hərflərlə yazılmış antiterror tədbirlərində şəhadətə ucalan Ramil Rəhimovun ailəsinin qonağı olduq. 



Şəhidimizi tanıyaq:                                 

Rəhimov Ramil Sücəddin oğlu 1992-ci il yanvarın1-də Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Rəhimovlar ailəsində 3 övlad böyüyürdü 1 qız, 2 oğlan. 1998-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.

 
Burada 9-illik təhsil alıb 2007-ci ildə Bakı Dövlət Sosial İqtisad kollecinə daxil olmuşdur. 2011-ci ildə kolleci bitirib iyun ayında  Abşeron rayonu hərbi komissarlığından həqiqi xidmətə yola düşür. Fizuli rayonu Alxanlı kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. Hər zaman nümunəvi əsgər olaraq hərbi hissədə fərqlənir. 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətin başa vurur. Müəyyən mülki işlərdə işləyir. Daha sonra Vətənə olan sevgisi və hərbi sahəyə olan marağı onu hərbi peşəsinə gətirib çıxarır. 2018-ci ildə sənədlərini təqdim edir  müəyyən bir kurs keçir  Dövlət Sərhəd Xidmətində gizir vəzifəsində çalışmağa başlayır. 2022-ci ilə qədər cənub bölgəsində Astarada, Lerikdə yerləşən N saylı hərbi hissədə xidmət edir. 

                             
2019-cu ildə sevib-seçdiyi Türkanə xanımla ailə həyatı qurur, 2020-ci ildə Dəniz adlı qızları, şəhadətindən sonra 2024-ci ilin yanvarın 1-də (Ramilin doğulduğu gün) Yağmur adlı qızı dünyaya gəlir. Üzünü görmədiyi körpəsinə sağkən Yağmur adını qoyur.   

                                   
2022-ci ilin oktyabrından öz istəyi ilə Daxili Qoşunların Sülhməramlı Qüvvələrində gizir vəzifəsində çalışmağa başlayır. Pirəkəşküldə yerləşən N sayl hərbi hissədə Həmlə tablosunda Komandada xidmətinə davam edir. 2023-cu ilin sentyabrın 4-u Ağdama gedib hərbi hissə tərəfindən keçirilən təlimlərdə iştirak edir.   

                                   
19 sentyabr 2023-cü il... Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli 23 saat 43 dəqiqəlik antiterror əməliyyatında saat 4-5 radələrində Ağdərə rayonunun Sırxavənd kəndində döyüş yoldaşları ilə birlikdə şəhid əsgərini neytral zonadan çıxararkən çiynindən snayper ilə vurularaq şəhidlik zirvəsinə ucalır. Neyteral zonada qaldığı üçün sentyabrın 23-də Bakının ikinci Fəxri Xiyabanında yüzlərlə səhəri ictimayyətinin, dövlət və hərbi qulluqçularının müşayəti ilə yayım atəşi altında dəfn olunur.  

                                                   

Anası Gülhava xanım böyüdüb boya-başa çatdırdığı tarix yazan oğlu Ramil Rəhimov ilə fəxr etdiyini bildirdi:   

                                            

- Ramil son beşik övladım olduğu üçün  hər zaman ona balaca oğlum kimi baxırdım, bilməzdim ki, nə vaxtsa qəhrəmanlıq göstərərək adını hərb tarixinə yazdıracaq.  Çox şıltaq uşaq idi. Böyüklərə dəyər verirdi, ailə dəyərlərinə hörmətlə yanaşırdı, hər birimizi çox sevirdi. Sentyabın 20-də 2 yə 15 dəq qalmış zəng vurdu evə bizimlə sevincək danışdı və dedi: “Şükür qalibiyyət bizdədir, hər şey yaxşıdır. Özünüzə yaxşı baxın, sizi çox sevirəm, məndən nigaran qalmayın...”


Bəli 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular.




Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
XeberTıme.az
        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ