SON DƏQİQƏ

Məktəblilər İlaxır çərşənbədə şəhid ailəsini ziyarət etdilər- FOTOLAR

Tarix:20-03-2024, 09:43

Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 5 C sinif şagirdləri və valdeynləri 19.03.2024-ci il tarixində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu Cəbrayılov Elçin Surxay oğlunun ailələsini ziyarət ediblər.İlaxır çərşənbəyə təsadüf edən ziyarət zamanı şagirdlər şəhidin keçdiyi şərəfli həyat yolundan, erməni işğalçılarına qarşı döyüşdə göstərdiyi şücaətindən danışıblar, qazanılan tarixi qələbə nəticəsində onun qanının yerdə qalmadığı vurğulıb. Şagirdlər vətəndən, Azərbaycandan, şəhidlərdən bəhs edən şeirlər söylədilər. Şəhidin şəkillərindən ibarət foto albomdan tanış oldular.                            
Şəhidlərin valideyni onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda xatirə şəkillər çəkildi. 
 
Yeganə Telmanqızı                                   
XeberTıme.az 


 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ