SON DƏQİQƏ

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ildönümü- FOTOLAR

Tarix:23-04-2024, 03:11

22 aprel 2024-cü il tarixində Xocavənd rayon 4 nömrəli tam orta məktəbinin şagirdləri tərəfindən Birinci Qarabağ müharibəsi şəhidi Nəsirov Fuad Məhərrəm oğlunun şəhadətinin 30-cu ildönümünə həsr olunmuş  anım tədbiri keçirilmişdir.
Tədbirdə  torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. canlarından keçmiş əziz şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra şagirdlər  şəhid  Fuad Nəsirovun həyatı, döyüş yolu haqqında məlumatlar verərək  vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər. Eyni zamanda tədbirdə şagirdlər “Kredo”  qəzetində Xocavənd rayon Nərimanlı kənd tam  orta məktəbinin şagirdi, şair-publisist Sevindik Nəsiboğlunun   şəhidimizə həsr etdiyi “Qəlbi vətən eşqi ilə çırpınan qəhrəman”  adlı  məqaləsinin çap edilmiş  nüsxələri ilə tanış olmuşlar. Tədbirdə məktəbin  4-cü sinif şagirdləri - Nəsirov Fuad, Quliyeva Sevda, Hacıyeva Mədinə, Qurbanlı Səma, Bəhrəmli Əfşan, Hüseynli Tunar, Rəhmanlı Tehran və başqaları fəal iştirak etmişlər. Anım tədbiri  məktəb rəhbərliyi və məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Ləman Cəfərova tərəfindən təşkil olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daima qəlbimizdə yaşayacaqdır!



 
XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ