SON DƏQİQƏ

Vətən fədailəri unudulmur!

Tarix:29-04-2024, 01:13

Vətən naminə canlarını fəda edən, torpaqlarının ərazi bütövlüyü yolunda öz qanları ilə adlarını şəhidlik adlı zirvəyə yazan şəhidlərimiz hər zaman qəlblərdə yaşayırlar.
Şəhid bacısı Arzu xanımla görüşdüm və qardaşı Elşən Mehdiyev haqqında fəxarətlə danışdı, onunla qürurlandı. Bir vətənpərvər jurnalist kimi şəhidimizin qəhrəmanlığını qələmə alaraq sizlərə tanıtmağı özümə borc bildim.

Şəhidimizi tanıyaq:   

Mehdiyev Elşən Maarif oğlu 1974-ci il 26 yanvar Füzuli rayonu Pirəhmədli (böyük Pirəhmədli) kəndində ziyalı bir ailədə dünyaya gəlmişdir. Elşən birinci sinifə  Pirəhmədli  kənd tam orta məktəbinə qədəm qoyur. Burada ilk ibtidai təhsil aldıqdan sonra M.Xəzani adına Füzuli rayon musiqi təmayüllü internat tipli tam orta məktəbində təhsilini davam etdirir. Onun musiqiyə böyük marağı olur və musiqi məktəbində qarmon sinifində təhsil alır. Eyni zamanda karate idman növü ilə məşğul olur, “Qara kəmər” ustası adına layiq görülür. Mehdiyevlər ailəsində 8 övlad böyüyüb Elşən dördüncü övlad idi.  1993-ci il avqustun 23-də Fizulu rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunur. Mehdiyevlər ailəsi öz doğma torpaqlarından məcburi köçkün düşərək Bakı şəhərinə gəlir və burada məskunlaşır.



 
Elşən Mehdiyev 1994-cü ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Ağdam rayonu Şıxlar kəndində N saylı hərbi hissədə XTQ-də xidmətə başlayır. Aprel ayının 26-da Ağdam rayonu Şıxlar kəndi uğrunda gedən qızğın döyüşlərdə əsir götürülür.


 
Düşmənə qan udduran Elşən Mehdiyevi ermənilər əsir götürür və ona işgəncələr verərək öldürür. Vətən oğlumuz canının Vətəninə qurban verərək düşmənin qarşısında əyilmir, onlara “nə zamansa qələbə qazanacayıq!” deyərək şəhidlik zirvəsinə ucalır. 8 may 1994-ci il tarixində Elşən Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Ulu Öndər Heydər Əliyevin və bir sıra dövlət qulluqçularının, həbi rütbəlilərin və şəhər ictimayyətinin müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır. 



1995-ci ildə Heydər Əliyevin sərəncamı əsasında Bakıda yerləşən küçələrin birənə Elşən Mehdiyevin adı verilir. 


                   

Arzu xanımla müsahibə zamanı bildirdi:                                                 

- Elşəni bu gündə müəllimləri unutmayıb, əxlaqlı, ağıllı bir oğlan idi. Müəllimlərinin sevimli şagirdlərindən biri idi. Həm qocaqlığı, həm bayraq, vətən sevərliyi ilə o ailəmizdə xüsusi ilə seçilirdi. Bir ölərik, min dirilərik deyib atalarımız. Bu gün ailəmizdə qazi qardaşım Mehdiyev Rövşənin oğluna Elşənin adını qoymuşuq. Ad yiyəsinə oxşayar. Elşən əmisinin adına layiq bir oğlandır, eynən əmisi kimi idmançıdır. Vətənini, xalqını, dövlətini, ailəsini sevir. 


Bəli şəhidlərimizin qanı yerdə qalmadı, birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan oğullarımızın qəhrəmanlığının davamı olaraq Vətən müharibəsində oğullar hərb meydanında Zəfər çalaraq tarixi torpaqlarımızı işğaldan azad etdilər.
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ