SON DƏQİQƏ

VÜSAL GECƏSİ- 25

Tarix:18-05-2024, 22:32

18.05.2024-ci il tarixində Beynəlxalq Muğam mərkəzində şəhid kəşfiyyatçı-leytenant Vüsal Muradovun anadan olmasının 25 illiyinə həsr olunmuş xatirə gecəsi keçirildi.   
Xatirə geçəsi Sumqayıt şəhər Şəhidlər Xiyabanında Vüsal Muradovun məzarının ziyarəti ilə başlandı. Şəhidin ruhuna dualar oxundu, məzarına tər çiçəklər düzüldü, Ulu Yaradandan bütün şəhidlərimizə rəhmərt diləndi. 
Xatirə gecəsi Bakı şəhər Beynəlxalq Muğam Mərkəzində davam etdirildi. Əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirildi, bir dəqiqəlik sükütla torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalanların əziz xatirələri ehtiramla yad olundu. Kəşfiyyatçı-leytenant şəhid Vüsal Muradovun şərəfli ömür yoluna həsr olunmuş film nümayiş olundu.                                                        

Tədbirdə Ağdam rayon icra başçısı Vaqif Həsənov, Ağdam rayon icra nümayəndəri, bir sıra Sumqayıt şəhər icra nümayəndələri, rəsmi şəxslər, media nümayəndələri, Vüsalın ailə üzvüləri, qohumları, doğmaları, döyüş yoldaşları, şəhid ailə üzvüləri, Qarabağ qaziləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak edirdi.                                      
 
Ağdam rayon icra başçısı Vaqif Həsənov və millət vəkili Müşfiq Məmmədli çıxış edərək söylədilər: “Bu gün Vətən müharibəsində 21 yaşında şücaət göstərərək şəhidlik zirvəsinə ucalan zəfər döyüşçümüz kəşfiyyatçı-leytenant Vüsal Muradovun əziz xatirəsi işığına yığışmışıq. Azərbaycan xalqının 200 il müddətində arzusu yerinə yetildi. Bu illər ərzində işğal olunmuş torpaqlar 44 gündə Dəmir Yumruğun ətrafında sıx birləşərək azad olundu. Artıq bir qarış torpağımız yad düşmənin tapdağı altında deyil. Tarixi Azərbaycan torpaqları belə işğaldan azad olundu. Vüsal kimi oğlanlarımızın sayəsində bu gün məcburi köckün düşən xalqımız öz elinə-obasına qayıdır və bundan sonra da azad yaşayacaq. Yaşasın torpaqlarımızın azad olunmasında sağlamlığını itirən igid qazilərimiz, müharibə iştirakçıları, şəhid valdeynləri, qazi valdeynləri. Vüsaalların xatirəsi qarşısında  baş əyirik!”          
Rəsmi hissədən sonra bədii hissə başlandı. Bir sıra xanəndələr, müğənnilər: Respublikanın xalq artisti Gülyəz Məmmədova, Əməkdar artistlər Firuzə İbadova, Sevinc Sarıyeva və onun tələbələri, Firuz Səxavət, müğənni-bəstəkar Arif Səlimov, Mirələm Mirələmov, Beynəlxalq musabiqələr lauryatı Məftirək Alişanov şəhid Vüsal Muradov haqqında bəstələnən mahnıları və xalq mahnıları, müğamları gözəl səsləri ilə ifa etdilər. Respublikanın Əməkdar artisti sevilən aktyor Azad Şükürov və bir sıra qiraətçilər Nigar Vəliyeva, Həlimə Sultan, şəhid anası Maisə Həsənquliyeva və şair-yazar Qabil Ədalətin ifasında şeirlər səsləndi.  Möhtəşəm keçirilən tədbirin sonunda şəhid Vüsal Murodovun anası Kəmalə Muradova və atası Cəsarət Murodov tədbir təşkilatçılarına öz təşəkkürlərini bildirdilər. 
Sonda xatirə şəkilləri çəkildi. Şəkillərə görə fotomüxbir Bayram Afurcalıya öz təşəkkürümüzü bildiririk. 

 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
XeberTıme.az 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ