11.07.2024-ci il tarixində Abşeron rayonu Xırdalan şəhərində şəhid Raqif İsayevin əziz xatirəsi anıldı. Şəhidin ruhuna Quran ayələri oxundu. Şəhidin ailə üzvüləri, yaxınları şəhid haqqında xoş xatirələrdən danışaraq, ruhunu ehtiramla andılar.
Mərasimdə Xırdalan rayon rəsmiləri, bir sıra şəhid ailələrinin üzvüləri, “Azərbaycanın Müharibə Vetranları Qadınlarına Sosial” İctimai Birliyinin sədri Rada Abbas və birliyin üzvüləri, media nümayəndələri “XeberTıme.az” Analitik İnformasiya Portalının direktoru Yeganə Telmanqızı, “Yeni Proqnoz” İnformasiya Portalının direktoru Xanım Bağırlı, ictimayyət nümayəndələri, şəhidin doğmaları və yaxınları istirak edirdilər. Mərasim iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalanlara Ulu yaradandan rəhmət, ailələrinə, doğmalarına səbr dilədilər.
Xatırladaq ki, Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu 21.06.2024-ci ildə işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində şəhadətə ucalır. 22 iyun böyüyüb boya-başa çatdığı Aqstafa rayonunda sədn olunmuşdur. Raqif İsayev ailəli idi Vətənə 2 əmənət övladı qalıb.
Allah rəhmət eləsin!
Yeganə Telmanqızı
XeberTıme.az