Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan və 32 il sonra şəxsiyyəti müəyyənləşdirilən şəhid İbrahim Vəliyevin nəşi İmişli rayonuna gətirilib.
XeberTıme.az xəbər verir ki, şəhidin nəşi İmişli rayonunun Muradxanlı kəndində ailəsinə təhvil verilib.
Onun nəşi İmişli rayonu Şəhidlər xiyabanında torpağa tapşılıb.
Qeyd edək ki, İbrahim Ələşrəf oğlu Vəliyev 1964-cü il iyunun 1-də anadan olub. O, 1993-cü il avqustun 23-də Füzuli rayonunun Alxanlı və Qaraxanlı kəndləri istiqamətində itkin düşüb.
XeberTıme.az