14 avqust 2024- cü il tarixində saat 15-00 da Azərbaycanyanın şərəfli oğlu, şəhid İsayev Raqif Deputat oğlunun xatirə günü qeyd edildi.
Tədbirin təşkilatçısı Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas idi. Ermənistanın Qarabağda basdırdığl minaların zərərsizləşdirilməsi zamanı şəhid olmuş Rafif qardaşımızın xatirə gecəsinə şəhid ailələri, müharibə veteranları və əlilləri iştirak etdilər. Ermənistanın mina terrorunun qurbanı olan şəhidimizin xatirə gecəsində, birliyin dəvətinə əsasən ANAMA rəhbərliyidə iştirak etdilər və şəhidimizlə bağlı geniş məlumat verdilər. ANAMA sədrinin müavini Bəhruz Məmmədov tədbirin keçirilməsi üçün təşəkkür edərək məmnunluğunu bildirdi.
Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024- cü ildə elan etdiyi Kiçik Qrand müsabiqəsində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir. “Azərbaycan qadınlarının mübarizliyi, nümunəvi həyat hekayələri” adlı layihənin icrası 01-06- 2024- cü il tarixindən başlyır və 15 sentyabr 2024-cü il tarixində bitir.
14 avqust 2024 cü il tarixində layihənin qarşıya qoyduğu məqsəyə uyğun olaraq Azərbaycan qadınlarının mübarizliyi ön plana çəkiləcək. Hazırda xatirə gecəsini keçirdiyimiz, Ermənistanın iyrənc müharibə oyunları nəticəsində Qarabağ ərazinsində basdırılmış yüz minlərlə minalardan təmizləmə işlərini həyata keçirirəkən şəhid olmuş qardaşımız İsayev Rafiq Deputat oğlunun bacısı İsayeva Dilbər Deputat qızı da müharibə veteranıdır. Eləcədə tədbirimizdə çoxsaylı müharibə veteranı, müharibə əlili və çiyinlərdə şəhid yükü daşıyan, dünya qadınlarına nümunə ola biləcək Azərbaycan qadınları iştirak etdilər.
Layihənin icrası məqsədi ilə “Cinayət işi 1937” adlı sənədli film çəkilişləri də başa çatıb. Layihənin icrası məqsədi ilə görüşlər tədbirlər keçiriləcək. Layihədə 1937-39-cu illər əzində represiyaya məruz qalmiş, “Vətən xaini” damğası vurulmuş dəyərli Azərbaycan ziyalılarının sürgün edilmiş həyat yoldaşları haqda məlumatı özündə əsk etdirən “Cinayət işi 1937-38” adlı sənədli filmdə faktlar danışacaq. Filmin çəkilişləri zamanı ortaya çıxan faklar isə sözün tam mənasında insanın qanını dondurur. Çəkilişlər Qazaxıstanda və Azərbaycanda aparılıb.
Layihənin icrası ərəfəsində Xocalı şəhəri, Ağcabədi rayonu, Bakı şəhəri və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində tədbirlər keçiriləcək.
Radə Abbas MVQSYİB-nin sədri
Şəkillərə görə foto-müxbir Bayram Afurcalıya təşəkkür edirik.
Şəhid Raqif İsayevin xatirə günündən hazırlanan video çarxı sizə təqdim edirik.