Şəhidlərimiz hər zaman mənən, ruhən bizimlədir!
Tariximizin qürur duyulası səhifələrinin biridə 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarında yazdıqları qalibyyətdir. Antiterror əməliyyatlarının il dönümü ərəfəsini yaşayırıq. Bu əməliyyatlarda 205 şəhidimiz Qarabağımızı bütövləşdirərək şəhadətə ucaldı, onlardan biridə Sumqayıt şəhərində yaşayan Çevik Polis Alayının çavuşu Ramil Şirinovdur.
Şəhidimizi tanıyaq:
Şirinov Ramil Arif oğlu 8 avqust 1987-ci ildə İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. İlk orta təhsilə şəhid Rəhim Alışov adına Bəhrəmtəpə qəsəbə tam orta məktəbində başlayır və 6-cı sinifə qədər burada oxuyur. Ailə Sumqayıt şəhərinə köçür və Ramil təhsilini Sumqayıt şəhər 12 saylı tam orta məktəbdə davam etdirir. Uşaqlıqdan ləqəbi “Yapon” olub.
2005-2009-cı illərdə Gəncə Texnologiya Universitetində təhsil alır. 2005-ci il avqustun 9-da atası Arif Şirinov dünyası dəyişir. 2009-cu ildə həqiqi hərbi xidmətə yollanır və Qusar rayonu N saylı hərbi hissədə nümunəvi əsgər olaraq xidmət edir.
2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrində həqiqi xidmətini başa vurararaq qayıdır müxtəlif sahələrdə əmək fəaliyyəti ilə məşğul olur. 2015-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Çevik Polis Alayında xidmətə başlayıb.
2017-ci ildə sevib-seçdiyi Aynur adlı xanımla ailə həyatı qurur. 2 övladı bizə yadigar qalıb: Arif, Şəms.
19 sentyabr 2023-cü il...Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonun Tağaverd kəndində yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində polis serjantı Ramil Şirinov şəhidlik zirvəsinə ucalır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, deputatlar, Daxili İşlər Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və media nümayəndələri, şəhər ictimaiyyətənin iştirakı ilə tarix yazan qəhrəmanpımız Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılır.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərancamı ilə Şirinov Ramil Arif oğlu ölümündən sonra qüsusrsuz xidmətlərinə görə “Vətən Uğrunda” medalı ilə təltif olunmuşdur.
Yaşadığım Sumqayıt şəhərində ailəni ziyarət etdim. Bütün şəhid ailələri kimi sadə, zəhmətkeş, azərbaycanlı ailəsi.
Övlad ananın əsəridir, Gülayə ananın əsəridə qəhrəmanlıq tarixinə öz adını qızıl hərflərlə yazdırdı. Ana aramla mənimlə xatirələrini bölüşdü:
- Yeganə, qızım hər zaman deyirdim ki, Allah onu mənə verib deyib ki, “Oğul belə olar!” Oğlumla fəxr edirdim, üç övladım var, hər üçüdə mehriban, bir-birini sevən... Arzu, Aysel qızlarıma atalıq, qardaşlıq edirdi, sirr yoldaşları idi. İşdən evə gəlirdim, Ramil evdə olurdusa mütləq qarşılayardı məni bağrına basırdı, çəkmələrimin bağını açardı, qoymazdı ki nə özüm, nə kimsə aça. Mən oğlumu, evimin ağsaqalını, arxa-dayağımı itirdim... Atası dünyasını dəyişəndə 18 yaşı var idi Ramilin, bu günə qədər yadımdı onun Universitetə qəbul olmaq xəbərini eşitdik, həmən günüdə atasını itirdik. O gündəndə Ramil böyüdü...
Biz bütün müharibələrdə yaxın qohumlarımızı itirdik. 44 günlük müharibədə Ramilin əməsi nəvəsi Şirinov Orxan şəhid oldu. Babası Vətən müharibəsində vuruşdu, yaralandı, başında, ayağında qəlpə var idi. Mərhum Heydər Əliyev o vaxt Azərbaycanda hakimiyyətdəydi, 1979-cu il ildə qaynatam Şirinov Hidayətə müharibə iştirakçısı kimi maşında bağışladı. Qaynatam 1985-ci ildə vəfat etdi. 2023-ci il Lokal xarakterli antiteror əməliyyatlarındada Ramili itirdik. Ramil qalibiyyət tariximizə son nöqtəni qoydu...Ölümü ilədə bizə fəxr etməyi yaşatdı Ramil. Bu cür oğullar çox az-az gəlir dünyaya. Vətənpərvər insan, gözəl oğul, sevimli qardaş, qayğıkeş ata. Oğlum Vətənini sevdi və Vətəni seçdi!
Baçıları Arzu xanım və Aysel xanımın gözlərindən yaş dayanmadan axırdı.
- Biz Ramili itirəndə ikinci dəfə atamızı, həmdə ürəyimizin yarısı olan qardaşımızı itirdik. Bu insanda bütün kefiyyətlər yüksək idi. Ana-ata sevgisi, baçı sevgisi, həyat yoldaşı sevgisi, övlad sevgisi, işində nümunəvi xidmət, hər biri bir-birini tamamlayırdı. İnanmıram qardaşımız kiminsə xətrinə dəymiş olar, gözəl dost, sirdaş idi. Bir zəngimizə yetirdi qardaşım, həm atamız idi, həmdə qardaşımız...Hamıya hörmətlə yanaşardı, böyüklə böyük, kiçiklə kiçik idi. Ailəmiz hər zaman mehriban, gözəl ailələrdən olub. O bizim adımızı çəkmirdi “bacım” deyə müraciət edirdi, ya da “Arzum, Ayselim.” Övladlarımızada eyni sevgi ilə yanaşardı, dayıları ilə bölüşürdülər nə fikirləri olsa, onlarda yaxın dost idi Ramil. Biz indi keçmiş günlərə dönəndə görürük ki, sanki bilirdi şəhadətə ucalacaq, hər şeyi vaxtından əvvəl nazamladı. Hörmətli, xətirli, sevimli qardaşım nə qədər böyük adam olub. Müharibə qardaşlarımızı, atalarımızı əlimizdən aldı. Nə qədər ana oğulsuz, bacılar qardaşsız, uşaqlar atasız qaldılar...
Ölümü ilədə şərəf tarixi yazdı Ramil!
Ömür-gün yoldaşı Aynur xanım:-Ramilin mənə dediyi son sözlərdən biri “Qayıda bilərsən birdə səni görüm...
- Nə yaxşı ki, mən Ramilin həyat yoldaşı oldum. 6 ilə yaxın ailəli olduq. Nə anlaşılmayan sözümüz-söhbətimiz var idi heç kim bilmədən öz aramızda həll edirdik. Heç küsmədik, heç incimədik bir-birimizdən. Sevib evlənmişdik, o qədər xoşbəxt idim ki, nə yaxşı həyat yolum Ramillə birləşdi. Ailəsi və övladları ilə vaxt keçirtməyi çox sevirdi.
Hər zaman qayğımızı çəkirdi, inanın bir ilə yaxındır Ramili itirmişəm amma hər an yanımda hiss eləmişəm onu. Bizim kəbiniz göydə kəsilmişdi Ramillə. Hətdda qız vaxtı Ramili tanımadan yuxumdada qismətim olaraq görmüşdüm. Heç unutmuram son görüşümüzü... Sentyabrın 18-də onu yola salırdım xidmətə içimdə bir hiss sanki birdə Ramili görməyəcəm kimi gəldi mənə, hiss etdim ki, o da mən hiss etdiyimi etdi. Bir-birimizə həsrətlə baxışdıq...İşə çatdım mənə zəng vurdu:
- Hardasan?
- İşə çatdım
- Qayıda bilərsən birdə səni görüm.
- Əlbətddə.
Sonra dedi ki, “qayıtma iş yoldaşlarım maşınla gəldi, mən gedirəm, salmat qalın...” Heç vaxt yoldaşlarının yanında mənlə uzun vaxtla danışmazdı, elə bil hiss etdi ki, birdə danışmayacayıq düz 40 dəqiqə danışdıq, tövsiyyələrini etdi mənə. “Məğrur ol, başıvı dik tut. Uşaqları sənə, sənidə Allaha tapşırıram, mənimlə hər zaman fəxr et, üç günə qayıdacam...” Üç günə qayıtmağı söz verdi, düz üç gün keçdi şəhid olaraq qayıtdı...
Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatdı. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular. Ordumuzun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.
Ramil Şirinovun əziz xatirəsinə həsr olunmuş sözləri Amil Tovuzlunun, ifa Seyid Peymana məxsus olan “Ata hardasan” mahnısının klipini sizə təqdim edirik.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az