SON DƏQİQƏ

Torpağı Vətən edən oğullar unudulmur- FOTO

Tarix:25-10-2024, 21:27

Sumqayıtda Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş  şəhid Namiq Quliyevin anım günü qeyd olunub.

Anım tədbiri Sumqayıt şəhər Şəhidlər Xiyabanından  başlandı. Şəhidin ailə üzvüləri, şəhər ictimayyəti, şəhid anaları, ataları, Qarabağ qaziləri, media nümayəndələri, din xadimləri, şəhidin məzarını ziyarət edib, üstünə tər güllər düzdülər, şəhidin ruhuna dualar oxunub, Ulu yaradandan rəhmət dilədilər. Şəhid N.Quliyevin təhsil aldığı Sumqayıt şəhər 13 saylı tam orta məktəbin müəllimləri, şəhidin adını daşıyan 8-ci sinif şagirdləri  şəhidin məzarına gül dəstələri qoydular, şeirlər söylədilər. Şəhidin ailə üzvüləri şəhid haqqında xoş xatirələrdən danışaraq şəhidi ehtiramla yad etdilər.  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


Yeganə Telmanqızı
 XeberTıme.az
        

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ