SON DƏQİQƏ

Şəhid Novruz Məmmədovun şəhadətindən 4 il ötür-FOTOLAR

Tarix:25-10-2024, 22:40

Torpaqlarımızın azadlığı uğrunda şəhid olanlar xalqın unudulmaz qəhrəmanlarıdır.
Bu gün hərbi qulluqçu Novruz Məmmədovun anım günüdür. 

Şəhidimizi tanıyaq!
 
Məmmədov Novruz İnqilab oğlu 20.03.1991-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə anadan olub. Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsində yerləşən 6 saylı məktəbdə oxuyub. H.Z.Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə MAXE-sürücü işləyib. Hərbi xidmətdə olarkəndə kəşfiyyatçı, snayperçi olub.
Azərbaycan Ordusunun hərbiçisi Novruz Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonun azad olunması uğurunda gedən döyüşlərdə şücaətliklə vuruşub.
 24.10.2020-ci ildə Füzuli rayonun azad olunması uğurunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. 25. 10.2020-ci ildə Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Anım tədbiri Sumqayıt şəhər Şəhidlər Xiyabanından  başlandı. Şəhidin ailə üzvüləri, şəhər ictimayyəti, şəhid anaları, ataları, Qarabağ qaziləri, media nümayəndələri, din xadimləri, şəhidin məzarını ziyarət edib, üstünə tər güllər düzdülər, şəhidin ruhuna dualar oxunub, Ulu yaradandan rəhmət dilədilər. Anım tədbirində Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü gimnaziyasının müəllimləri və  şəhidin adını daşıyan sinif şagirdləri iştirak etdilər. Məktəb adından şəhidin məzarına gül çələngi qoydular. Şagirdlər şeirlər söylədilər, xatirə fotolar şəkildi.                                           

Anım tədbiri şəhidin adına açılan ehsan süfrəsində davam etdi.  

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!                                                 
Yeganə Telmanqızı
XeberTıme.az
 


      

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ