Şəhid anasının son arzusu
Etibar Almaz oğlu Namazov 1967- ci ilin yanvar ayının 6- da Gürcüstanda azərbaycanlıların ta qədimdən sıx yaşadığı Bolnisi rayonunun Faxralı kəndində zəhmətkeş bir ailədə anadan olmuşdur.
Faxralı kəndi gözəl səfalı təbiət qoynunda yerləşir. Bu kəndin cavanları digər kəndin cavanlarıdan qoçaqlığına görə seçilirlər. Onlar boy- buxunlu, mərd, yurdsevər gənclər kimi ad- san qazanıblar.
Belə gənclərdən biri də Balaməmmədli nəslində boy atmış Etibar Almaz oğlu Namazovdur.
Etibar Namazov 1967- ci ilin yanvar ayının 6- da Faxralı kəndində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Etibar 1973- cü ildə Faxralı kənd orta məktəbinə daxil olmuş və 1983- cü ildə orta məktəbi bitirərək həmin ildə də qəbul imtahanı verərək Ç.İldrım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitet) daxil olmuş və 1990- və ildə həmin institutunun" Maşınqayırma texnologiyası metalkəsən dəzgahlar və alətlər" ixtisasına yiyələnmişdir. Etibar Namazov bir müddət 1990-92- ci illərdə" Ulduz zavodunda ixtisası üzrə çalışmışdır. O, 1992- ci ildə Xətai rayonundan hərbi xidmətə çağırılmış və Qarabağ uğrunda gedən qanlı döyüşlərdə ön cəbhədə mərdliklə vuruşaraq vətən torpağını qorumuşdur. Son dərəcə cəsur və qorxmaz döyüşçü ən qaynar nöqtələrdə vuruşmuş və sinəsini vətən yolunda sipər etmişdir.
1992 cu ilin iyun ayının 6- da Zəngilan rayonunun Qazançılar kəndi uğrunda gedən qızğın döyüşlərdə Etibar Namazov itkin düşmüşdür. Hələ ailə həyatının nə olduğunu bilməyən 25 yaşlı Etibarın doğmaları 32 ildən çoxdur ki, gözlərini yollardan çəkmirlər və bu gün də cəsur döyüşçünün yolunu gözləyirlər.
2005- ci ilin may ayının 5- də ölkə Prezidentinin Sərəncamı ilə Etibar Almaz oğlu Namazov " İgidliyə görə medal " la təltif olunmuş və medal Bakı şəhərinin Sabunçu rayonunun Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi ev 31 B, mənzil 19 ünvanında kirayədə yaşayan anası Salatın xanıma təqdim olunmuşdur. 77 yaşlı şəhid anası Salatın xanım oğlu haqqında bu gün də məlumat əldə edə bilmir. Kirayədə yaşayan Şəhid anasının arzusu isə heç olmasa bir otaqlı mənzil almaqdır.
Lakin ona deyirlər ki, sən Gürcüstan vətəndaşısan. Axı necə olur ki, oğlu ilə Bakıda kirayədə yaşayan Etibar Namazovu hərbi komissarlıq səfərbərlik elan edərək müharibəyə, ön cəbhəyə göndərir, amma itkin düşmüş vətən oğlunun talehiyi ilə maraqlanmır ? Müharibədə mərdliklə döyüşərək itkin düşmüş vətənin belə bir qeyrətli oğlunun anasına Sabunçu və ya Xətai rayon rəhbərləri bir otaqlı mənzili niyə qıymır?
Qanunlarımızda olan bu qədər boşluqları kimlər düzəldəcəkdir?!
Biz inanırıq ki itkin düşmüş yeganə ciyərparası olan oğlunun yolunu gözləyən, şəhid anasının könlünü almaq üçün onu tezliklə bir otaqlı mənzillə təmin edəcəklər. Şəhid anası axırda üzünü Azərbaycanın birinci Vitse-prezidentinə tutarak kömək istəyir. İnanıram ki,şəhid anasının məktubu humanist və xeyirxah Mehriban xanım Əliyevaya çatan kimi əlacsız vəziyyətdə qalan şəhid anasının gözlərinin yaşı quruyacaq və Azərbaycanın birinci xanımı əlaqədar təşkilatlara ciddi göstəriş verərək humanistliyini bir daha göstərəcəkdir. Oğlunun qoxusunu dörd divardan almağı arzulayaraq bir otaqlı mənzil gözləyən şəhid anasının harayına yəqin ki, çatan olacaqdır.
Rauf İLYASOGLU.