Şəhidlər qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur.
31.10.2024-ci il tarixində Sumqayıt Şəhidlər Xiyabanında micman şəhid Zaur Əsgərlinin, kapitan şəhid Fərrux Həşimovun, şəhid kiçik çavuş Samir Nadirovun anım günü qeyd olundu. Şəhid valdeynləri, şəhər ictimayyəti, media nemayəndələri şəhidlərin məzarlarını ziyarət etdilər, məzarların üstünə tər çiçəklər düzüldü, şəhidlərin ruhuna dualar oxundu.
Xatırladaq ki, micman şəhid Zaur Mübariz oğlu Əsgərli 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli tam orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Daha sonra hərbidə işləməyə qərara verib. 2015-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmətə başlayıb və xüsusi təyinatlı gizir olub. 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igid hərbçilərimizdən biri gizir Zaur Ələsgərli Mübariz oğludur. Sentyabrın 27-dən əks hücum əməliyyatlarında kəşfiyyatçı olaraq öndə gedib və Sultanlı kəndi uğrunda döyüşlər ağır keçib. Zaur oktyabrın 31-i Xocavənd uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Ailəli idi: Ayxan və Ayaz.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamına əsasən Ələsgərli Zaur Mübariz oğlu ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Vətən müharibəsi qəhrəmanlarımızdan biri də Fərrux Həşimovdur. Fərrux Mirzəmməd oğlu Həşimov 1988-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Əliquluuşağı kəndində Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin "Sualtı Hücum" (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz vətənə xidmət fəaliyyəti dövründə Azərbaycan Prezidenti İlham Əliyev tərifindən "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olunub.
Bundan başqa, Fərrux Mirzəmməd oğlu Həşimov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə “Qarabağ” ordeni, "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə" , "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Samir Əlicəttar oğlu Nadirov 1992-ci il avqustun 16-da Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olub. 3 il hərbidə MAXE olaraq xidmət göstərib.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Samir Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şəhidimizin dəstəsi düşmən hücumlarından qorunmaq üçün Hadruta giriblər, bu zaman ermənilər tunelin qarşısını kəsərək içərisinə qrantamyot atıblar. Partlayış zamanı Samirlə birlikdə sağ qalanları da güllələyiblər. Həmlə taborunun bütün şəxsi heyəti Vətən üçün canını fəda edərək şəhid olub. Samir Nadirov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid olduqdan sonra qəhrəmanımıza kiçik çavuş adı verilib.
Ailəli idi: Emil və Məryəm adlı 2 övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Nadirov Samir Əlicəttar oğlu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az