Bu gün Zəfər günümüzdür! 4 il əvvəl 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikası silahlı qüvvələrinin ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri əks-hucum əməliyyatlarına başlamışdır. 44 gün davam edən ikinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan ətrafında sıx birləşən Şanlı ordu və xalq birliyi ən böyük gücə çevrilərək bizi qalibiyyətə aparır. Zəfər tarixinə adını qızıl hərflərlə yazdıran qəhrəman oğullarımızın göstərdikləri igidlik bu günki və gələcək nəslə nümunədir. Azərbaycanın hər hansı bir rayonunda qonaq olanda ilk ziyarət etdiyim müqəddəs məkan Şəhidlər Xiyabanı olur. Şəhidləri unutmağa və unutdurmağa jeç bir haqqımız yoxdur, onlar bizim əbədi qəhrəmanlarımızdır! Mütamadə olaraq yaşadığım Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhadətə ucalan oğullarımızın məzarlarını ziyarət edərək, analarına bacardığım qədər təskinlik verirəm. Bəli nə qədər təskinlik versəkdə, onların könlünü alsaqda şəhid anaları, ataları öz canlarından, qanlarından olan əziz övladlarını itiriblər, onların yanında olaraq mənəvi dəstək verərək, diqqətdən kənar saxlamamalıyıq. Şəhidlik zirvəsinə ucalanlara ölü deməyə haqqımız yoxdur, onlar ən uca zirvədədilər. Şəhid müqəddəs quranda da bir neçə ayədə təriflənir və şəfayətindən söhbət açılır. Şəhid olmaq hər bir müsəlman üçün şərəfdir.
Hansı sahədə çalışmağından aslı olmayaraq hər birimizin insanlıq borcudur ki, şəhidləri tanıyaq və yetərincə təbliğ edək, gələcək nəslə tanıdaq. Şəhidlər hərb tariximizin qəhrəmanlarıdır. Şəhidlər haqqında yazılanlar gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sədaqətdi. Buna görə də şəhidlərdən həmişə qürurla danışılır, qəhrəmanlıqları ilə fəxr edilir, kövrəkliklə danışılır. Hərb tarıimizdə olan hər bir döyüş qəhrəmanlıq salnaməsidir və bu döyüşlərin qəhrəmanları, qalib şəhidlər, qazilər qürurumuzdur.
Unudulmayan Vətən oğullarını Unutmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az