Ağdamın qədim Qarağacı qəbirstanlığının tarixi çox qədimlərə gedir.Bura o qədər genişlənmişdir ki camaat öz dünyadan löçənlərini bu qəbirstanlıqda dəfn edirdi. Son 35 il ərzində Ağdamda bir neçə şəhidlər xiyabanı da yaranmışdı. Erməni və rus hərbi birləşmələri 1993- cü ilin iyul ayının 23 də Ağdam şəhərini işğal etdikdən sonra 28 ilə yaxın biz doğma yurdumuza həsrət qaldıq.Nəhayət ki, 2020- ci ilin sentyabrın 27- də milli ordumuz əks hücuma keçərək işğal olunmuş ərazilərimizdən quduz işğalçıları qovdular. Ermənilər təslimçi akta qol çəkərək Ağdam və Laçın rayonlarını da müharibəsiz azad etməyə məcbur oldular. Ermənilər bu 30 il ərzində rayonlarımızı talan etmiş, evlərimizi söküb qiymətli əşyalarımızı aparmış və ya iranlılara satmış , qəbiristanlıqlarımızın qara mərmərdən sinə və üz daşlarını qoparmış, sındırmış və insanlığa sığmayan naqis hərəkətlər etmişlər.
1988- ci ildən bu günə qədər Ağdam camaatı 7 minə yaxın şəhid vermiş və 20 mindən çox insan vətən həsrətinə dözməyərək dünyasını dəyişmişdir. 1991- cu ildə Ağdam Xalq Cəbhəsinə rəhbərlik etmiş Milli Məclisin deputatı, müstəqillik aktına ilk imza atmış millət vəkili, azadlıq mücadili Eldar Teymur oğlu Bağırov Milli Məclisdən çıxarkən Bakının 4- cü mikrorayonunda xain qüvvələr tərəfindən qətlə yetirilmişdir. Eldar Bağırovun rəhbərliyi altında ilk dəfə yaradılmış özünü müdafiə batalyonu Ağdamın bütün sərhəd zonalarında postlar qurmuş və düşmənə qarşı mərdliklə mübarizə aparmışdılar. Eldar Bağırovun qətlə yetirilməsi elə bil Ağdamın ürəyinə sancılan qılıncdan betər oldu.
Eldar Bağırovun nəşi Ağdam şəhərinə gətirilərək izdihamla Qarağacı qəbirstanlığında dəfn edilmişdir.
Erməni quldurları 30 il ərzində qəbiristanlıqlarımızı düzdəmiş və heç kəs doğmalarının qəbrini tapa bilmirdi. Təqaüddə olan polis mayoru İlqar İbrahimoğlunun dediklərindən;
Eldar və Allahverdi Bağırov kişi kimi dünyaya gəlib, kişi kimi də dünyanı tərk etdilər. Eldar əsl xalq qəhrəmanı kimi öz cəsurluğu və mərdliyi ilə Respublikada böyük hörmət və şöhrət qazanmışdı
Dayım Allahverdinin qəbrini tapmışdıq. Amma Eldarın qəbrini tapmaq olduqca çətin idi.
Mən Eldar dəfn olunan yeri dəfələrlə gəzib axtarırdım. Bakıdan Ağdama bu məqsədlə düz 12 dəfə gəlib qayıtmışdım. Hətta mina axtaranla buraları gəzib Eldarın məzarını axtarırdıq. Çox adam cürət edib buralara gəlməyə cəsarət etmirdi.Çünki hər tərəf minalanmışdı.Hər addımımız ölümə bərabər idi .
Nəhayət ki, 30 ildən sonra Eldar Bağırovun qəbrini tapa bildik və bu gün özümü rahat hiss edirəm ki, dayımın məzarı tapıldı və onun üzərini betonla örtük, nişanə qoyduq.Yaxınlıqda uyuyan Eldar Bağırovun atası Teymur babamızın da qəbrini tapıb ziyarət etdik. Bizdən çox sonra rayon camaatı bura axın edərək doğmalarının məzarını tapa bildilər. Bibilərim, dayım uşaqları ilə birlikdə Eldar Bağırovun məzarını ziyarət etdik və qəlbimiz rahatlıq tapdı.
Ruhun şad olsun Eldar!
Qələmə aldı:
Rauf İlyasoğlu.