Eldar Bağırov adına 845 saylı hərbi hissənin döyüşçüsü zabiti, Qarabağ müharibəsi əlili , böyük qardaşım Vaqif Allahverdiyev Ağdam rayonunun Quzanlı qəsəbəsindən hər dəfə Sumqayıta gələrkən Şəhidlər Xiyabanına gələrək bir vaxt bir hərbi hissədə xidmət etmiş döyüş dostlarını, komandir Raqub İbrahim oğlu Orucovun, eləcə də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhid olmuş xüsusi təyinatlı dəstənin giziri olmuş qardaşı oğlu Asiman Niyaz oğlu Allahverdiyevin və digər nur üzlü vətənin igid oğullarının, yaxın qohumlarının məzarını ziyarət edir, dualar oxuyur və cəmi şəhidlərimizin xatirəsini ehtiramla yad edir.Onu da qeyd edim ki, Asiman şəhid olandan sonra atası Niyaz İlyasoğlunun səhhətində ciddi problemlər yaranmış, fikir, dərd , oğul itkisi onu çox sarsıtmış, göynətmiş və şəhid atası da dünyasını dəyişmişdir. Masazır qəsəbəsinin 5 saylı tam orta məktəbin şagirdləri, müəllimləri , veteran döyüşçü olan müharibə əlilinin ətrafında şəhidlərimizlə birlikdə xatirə fotoları çəkdirməyi özlərinə şərəf bildilər.
Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayırıq.
Rauf Allahverdiyev
2-ci qrup əlil,
şair- jurnalist