XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, Vətən uğrunda II Qarabağ Müharibəsində şəhidlik zirvəsinə yüksələn Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdi olmuş Yusifov Hüseyn İsaq oğlu 2 oktyabr 2020 il Ağdərə istiqamətində gedən döyüşlərdə ağır yaralanmış və qəhrəmancasına arzusu olduğu şəhidlik zirvəsinə ucalmışdır. 88 gün itkin düşən əsgərimiz 26 dekabr tapılaraq Sumqayıt şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.
Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbin müdiriyyəti və müəllim kollektivi şəhidin 26 dekabr Hüseyn Yusifovun ailəsinə baş çəkmiş və Sumqayıt şəhər Şəhidlər Xiyabanında şəhidin qəbrini ziyarət etmişlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
XeberTıme.az