SON DƏQİQƏ

Şəhid baş leytenant Ramiq Mikayılovun xatirə günü keçirilib- FOTOLAR

Tarix:31-01-2025, 00:19

XeberTıme.az Suraxanı rayon Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir ki, 24 yanvar 2025-ci il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində şəhid Ramiq Mikayılovun anım tədbiri keçirilib.Tədbirdə şəhid ailələri, şəhid Ramiq Mikayılovun ailə üzvləri, yaxınları və dostları iştirak ediblər. 
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunun  ehtiramla yad edilməsi ilə başlamış və Şəhid  Ramiq Mikayılovun həyat yolundan bəhs edən videoçarxın nümayişi ilə  davam edib.
Tədbirdə çıxış edən şəhid Ramiq Mikayılovun anası Gülgəz Mikayılova, Dayaq vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Dünya, Avropa, Respublika çempionları Elvin Abbasov, Cəfər İsmiyev, Ruslan Məmmədhəsənov və şəhidin digər yaxınları bildiriblər ki, Azərbaycan xalqı qəhrəman xalqdır, məhz qəhrəman igidlərimiz sayəsində torpaqlarımız düşmən tapdağından azad olundu, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu. Şəhidlər heç bir zaman unudulmur və onlar gənclərimiz üçün nümunədirlər. 
 
Xatırladaq ki, 25 yanvar Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, II Qarabağ müharibəsi şəhidi Ramiq Mikayılovun Cənnətdə dəyişilməyən doğum günüdür. Yaşasaydı 32 yaşını qeyd edəcəkdi. Şəhid R.Mikayılov 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edirdi. O, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı sentyabrın 30-da Xocavəndin  azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Şamaxı rayonunun Ovçulu kəndində dəfn olunub. 
 
P.S. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! 




XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ