SON DƏQİQƏ

Sumqayıtda itkin şəhidlərin əziz xatirəsi anıldı- FOTOLAR

Tarix:1-08-2025, 19:35

Hər birimizin qəlbində müqəddəs bir hiss - Vətənə, torpağa olan məhəbbət yaşayır. 
23.07.2025-ci il tarixində MVQSD İB-nin layihəsi əsasında, birliyin sədri Rada Abbas, "ATA YURDUM" BQŞDİB-nin sədri, Qarabağ qazisi Səkinə  Həmidovanın birgə təşkilatçılığı ilə tədbir keçirilib.    
Tədbir iştirakçıları əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında qəhrəman oğulların məzarlarını ziyarət ediblər, məzarların üstünə gül dəstələri qoyulmuş, cəmi şəhidlərimizn ruhlarına dualar oxunub. Birlik rəhbərlərinin çıxışlarından sonra, söz Vətən yolunda canlarından keçən oğulların ailə üzvlərinə verildi.  Ötən günlərin acılı-şirinli xatirələri vərəqləndi... Qəhrəmanların həyat və döyüş yolu hekayələrindən hər kəs məlumatlandı, igidini daha yaxşı tanıdı. Daha sonra çıxışlar bir-birini əvəz etdi.      
Tədbir çay masasında Sumqayıt şəhərində yerləşən "Turan" restoranında davam etdi. Torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükütla yad edildi. Tədbir I Qarabağ müharibəsi zamanı itkin düşmüş  Məhərrəmov Rəvan Ağa oğlu və Rüsdəmov Arif Ağa oğlu qardaşlarına, həmçinin həmin gün doğum günü olan, 44 günlük Vətən müharibəsində düşmənə qarşı rəşadətli döyüşü ilə Zəfərə imza atan igid Vətən oğlu, evin tək oğlu,  3 bacının bir qardaşı olan Saleh Səxavət oğlu Nuriyevə və onun I Qarabağ müharibəsində itgin düşən dayısı Orucov Kamran Niyətulla oğluna həsr olunmuşdu.
Natiqlər çıxışlarında bildirdilər: “Şəhid  ailələrinin yanında olmaqla onları dəstəkləmək,  qazilərimizə şəfa diləməklə təskinlik vermək borcumuzdursa, gözləri yol çəkən ana-bacıların dərdinə şərik çıxan anlarda  yaşananlar sözə sığmır... Nə deyəsən? Necə təsəlli verəsən?..
Düzdür, "sonuncu ölən ümidlərdir" deyirlər. Amma bu  ümidin gözləntisi uzandıqca uzananda  illərin üstünə illər gəlir, Sabah ömür vəfa edəcəkmi xoş müjdənin sorağını duymağa? Heç kim bilmir. Narahatçılıq, intizar nə qədər əzablı olsa, yenə də ümid çırağının bir gün yanacağına inanırsan.”
Sonda xatirə şəkillərinin çəkilməsi ilə tarixin yaddaşına həkk olundu.
Belə tədbirlərin keçirilməsi çox vacibdir; həm Vətənin qəhrəman övladlarının tanıdılmasında, həm gənclərimizin vətənpərvər ruhda tərbiyə olunmasında, həm də qəlbi yaralı olan ana-bacılarımıza, ata-qardaşlarımıza... mənəvi dayaq olmaq baxımından.
İB-in rəhbəri Rada xanım sonda təmənnasız olaraq tədbirin keçirilməsi üçün şərait yaradan və çay süfrəsini təşkil edən "Turan" restoranının rəhbəri Mübariz bəyə, süfrələrin sirniyyatla təmin edilməsində Sumqayıt şəhərində fəaliyyətr göstərən “Banu” şirniyyat evinin rəhnbəri Samir Süleymanova xüsisi təşəkkürünü bildirdi. 
Beləcə, Azərbaycanın azadlığı və bütövlüyü uğrunda əllərindən gələni edən Vətən sevdalı oğulların əziz-doğmaları, həmçinin ictimaiyyət və media nümayəndələri, digər bölgələrdən gələn qonaqlarla

birlikdə unudulmayacaq anlar yaşandı...
Ruhunuz şad olsun!
Uca Allah gözü yol çəkənlərin gözlərinin nurunu artırsın, qəlblərini sevindirsin, şəhid ailələrinə səbir, qazilərimizə və müharibə iştirakçılarına şəfa versin! 



 
XeberTıme.az
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ