Bu gün Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Snayper-kəşfiyyatçı, gizir şəhid Elmar Nəsibovun doğum günüdür.
Tədbir Sumqayıt Şəhidlər Xiyabanında başlandı. Tədbirdə şəhid ana və ataları, şəhid Elmar Nəsibovun yaxınları, doğmaları, adını daşıdığı siniflərin məktəb nümayəndələri, iştirak edirdilər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından, qanından keçən şəhidlərimizin məzarları ziyarət olundu. Elmar Nəsibovun məzarı üstündə dualar oxundu, gül dəstələri, tər çiçəklər düzüldü. Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə və müharibə vetranlarına can sağlığı diləndi. Elmar Nəsibovun yaxınları, doğmaları onun haqqında xoş xatirələrdən, keçdiyi şərəfli hərbiçi həyatından və döyüş yolundan söhbət açdılar.
Şəhid Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov şəhidin məzarı üstündə dualar oxudu, yazdığı bir neçə şeiri söylədi.
Tədbir şəhidin adına açılan ehsan süfrəsində davam etdi.
Nur içində yatasan Vətənimizin dəyərli, qeyrətli oğlu.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!







Yeganə Telmanqızı
XeberTıme.az