Əvəz Şirinov hərb tariximizə adını yazan oğullardandır!
19.09.2025-ci il tarixində Sumqayıt şəhərində şəhid Şirinov Əvəz Qədim oğlunun anım günü keçirilib. Tədbirdə şəhid ailə üzvüləri, Qarabağ qaziləri, media nümayəndələri, təhsil işçiləri, şəhidin yaxınları, doğmaları iştirak ediblər.
Anım tədbiri Azərbaycan Dövlət himinin səslənməsi ilə açıq elan edildi, torpaqlarımızın bütövlüyü uğrunda və haqq savaşında canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əvəz Şirinovun qısa lakin mənalı həyat yolundan, keçdiyi şərəfli döyüş yolundan şəhidi qürurla çiynində yola salan bacısı Elyanə Ağayeva danışdı. “XeberTıme.az” İnformasiya Portalının direktoru Yeganə Telmanqızı tərəfindən Elyanə Ağayevaya “Şəhid Bacısı” fəxri təltifi verildi. 


Qazilər Qarabağ istiqamətində gedən döyüşlərdə mətinliklə vuruşmaqlarından, Ali Baş Komandanın yenilməz siyasətindən, rəşadətli, Müzəffər Ordumuzun igid döyüşçülərinin hərb tariximizdə qalibiyyət səhifəsinin yazmasından söhbət açdılar. Cəsurluqla şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi xatırlandı. Eləcədə dünya hərb tarixində qalib millət olaraq adımızın şərəflə çəkilməsindən danışıldı. Azad olmuş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması qürurvericidir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 





Xatırladaq ki, bu gün şəhidin təhsil aldığı Ağcabədi rayon M.Fizuli adına Yeni Qaradolaq kənd tam orta məktəbinin müəllim və şagird kollektivi şəhidin məzarını ziyarət ediblər, məzarı üstünə tər çiçəklər düzülüb, məktəbdə şəhidin anım gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib, şəhidin əziz xatirəsi anılıb.
Şəhidimizi tanıyaq: Əvəz Qədim oğlu Şirinov 1978-ci il yanvarın 31-də Ağcabədinin Yeni Qaradolaq kəndində sadə zəhmətkeş, bir ailədə dünyaya gəlmişdir. Əvəzin atası Qədim kişi kolxozda qabaqcıl mexanizatorlardan idi. Dəfələrlə Fəxri Fərmanlar və medallarla təltif olunmuş, pul mükafatına layiq görülmüşdü. O, dəhşətli qəzada həyatını itirir. Əvəzin dünyaya gəlməsinə beş ay vardı hələ. Səyyarə ana böyük külfəti işləyərək halal zəhməti ilə dolandırmağa başladı. Əvəz sinifdə ən savadlı şagirdlərdən biri idi. Tarix fənnini daha çox oxuyurdu. “Hər kəs ən azı öz keçmişi haqqında az da olsa məlumata malik olmalıdır” - deyirdi. futbol idman növünə marağı olduğundan gözəl futbol oynayırdı, həmdə yaxşı səsi var idi. Xalq mahnılarına, muğamlarına çox qulaq asırdı. Hüquqşünas olmaq arzusunda idi. Əzəmətli səmimi və mehriban, cəsarətli, vətənsevər və ürəkli, bir qədər də ərkəsöyün idi. 1995-ci il 6 iyun həqiqi hərbi xidmətə yola düşür. Hərbi xidmət illərində dəqiqliyi, dürüstlüyü və ədaləti ilə fərqlənirdi. Əvəz Qazax, Tovuz, Gədəbəy istiqamətində sərhədlə üzbəüz xidmət keçdi. 1998-ci il 18 sentyabr... O gün şiddətli döyüşdə düşmən itki verərək geri çəkilmişdi. 19 sentyabr yenidən düşmənin hucumu nəticəsində torpaqlarımızın azadlığını qoruyan mərd əsgərimiz Əvəz Şirinov qəhrəmançasına şəhidlik zirvəsinə ucalır. 
Tədbirin sonunda xatirə şəkilləri çəkildi.














Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az