Hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından iki il ötür.
Bu gün mərd, cəsur, vətənini canı qədər sevən polis serjantı Şirinov Ramil Arif oğlunun şəhadətindən iki il ötür.
Anım tədbiri Sumqayıt Şəhidlər Xiyabanından başlandı. Əvvəlcə şəhidlərimizin məzarları ziyarət olundu, dualar oxunub Allahdan rəhmət dilədilər. Ramil Şirinovun məzarı üstündə şəhidin yaxınları, ailə üzvüləri, Sumqayıt şəhər polis İdarəsinin rəisi, polis əməkdaşları, çevik polis Alayının əməkdaşları döyüş yoldaşları Ramil haqqında xoş xatirələrdən danışdılar, dərin ehtiramla yad etdilər. Sumqayıt Cümə Məscidinin axundu Hacı Rauf, müavini Gülaga bəy və məscidin digər əməkdaşları şəhidin məzarı üstündə dualar və fatihə surəsi oxudu.
Anım tədbiri Sumqayıt şəhər Park Misafir restaranında ehsan süfrəsində davam etdirildi.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 




Yeganə Telmanqızı
XeberTıme.az