SON DƏQİQƏ

Şəhidlərimiz xalqın unudulmaz qəhrəmanlarıdır!!

Tarix:24-09-2025, 21:47

Ağayev Əlimərdan Mirzə oğlu 1964-cü il avqustun 21-də Kirovkənd (Soltanabad) kəndində anadan olmuşdur. Təhsilini 1971-1981-ci illərdə Kirovkənd orta məktəbindən almışdır. 1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1983-cü ildə təhsilini artırmaq üçün Bakı Məişət Cihazlar Təmir məktəbinə daxili olmuşdur. Məktəbi bitirdikdən sonra Ə.Ağayev  əmək fəaliyyətinə Nizami rayonu ərazisində başlamışdır. 1992-ci il avqust ayının 8-də Nizami rayonu hərbi komissarlığı tərəfindən vətənin müdafiəsinə səfərbər olmuşdur. Hərbi xidmətini Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissədə keçmişdir.                     1992-ci il avqustun 21-də Ağdam rayonunun Canyataq kəndində ağır döyüşlər zamanı azğın erməni qəsbkarlarına qarşı qəhrəmanlıqla vuruşaraq şəhid olmuşdur. 1992-ci il avqustun 22-də Mircəlal (Soltanabad) kəndində dəfn olunmuşdur. Saatlı rayon Soltanabad Kənd məktəbi  Əlimərdan Ağayevin adını daşıyır. 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ