SON DƏQİQƏ

Yeni yaşın mübarək Vətənimin qəhrəman oğlu

Tarix:10-02-2021, 21:09

Yaşasaydı bu gün şəhid Kənan Allahverdiyevin 19 yaşı tamam olurdu.                                                                                Doğum günü mərasimində şəhidin yaxınları, dostları, ailə üzvüləri onun məzarını  ziyarət etdilər  ruhuna dualar oxundu. 
Kənan Mərdan oğlu Allahverdiyev 10 fevral 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş, azərbaycanlı ailəsində dünyaya gəlmişdir. 2008-2017- ci illərdə   Qubadlı rayon Mahmudlu kənd tam orta məktəbində təhsil alır. Cüdo idman növü ilə məşğul olurdu, Dəfələrlə müxtəlif yarışların qalibi və şəhər birinciliyinin qızıl mükafatçısı idi.                                                               
Atası Mərdan Allahverdiyev 1992-1996-cı illərdə birinci Qarabağ döyüşlərinin iştirakçısı olub.  Kənan  2020-ci ilin may ayında  həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətini Goranboyda, Bərdə qarizonunun N saylı hərbi hissəsində xidmət edir, snayperçi idi. 27 sentyabr Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər, kəndlər, rayonlar uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edir.                                  
2020-ci il oktyabrın 2-dən 3-nə keçən gecə... Suqovusan (işğal dövründə: Madagiz). 18 yaşında şəhidlik zirvəsinə ucalır. 4 oktyabr. Kənan Allahverdiyev Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olundu.  Kənan anasının vətəni olan Füzulini şəhadəti ilə ona hədiyyə etdi.                                                                                

Ali Baş Komandan İlham Əliyev Allahverdiyev Kənan Mərdan oğluna “Vətən uğrunda” medalı ilə təltif edib. 
Yeni yaşın mübarək şəhid qardaşım! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

                                                                                                                                                                         


                                                                                                                     
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ