SON DƏQİQƏ

Elmar Nəsibov Vətən sevgisini Şəhidlik zirvəsi ilə əvəz etdi...

Tarix:15-10-2025, 00:35

Qələbə ilə başa çatan 44 günlük şanlı Zəfər tarixindən artıq beş  il ötür.
Vətənin azadlığı yolunda canını qurban verən, şəhidlərimizdən biri snayper-kəşfiyyatçı, gizir Elmar Nəsibovun 13.10.2025-ci il tarixində Sumqayıt şəhərində anım günü keçirilib. 
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu. Şəhid Elmar Nəsibovun ailə üzvüləri, şəhid ailələrinin üzvüləri, Elmarın sinif yoldaşları, hərbiçi dostları, Qarabağ qaziləri, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agetliyinin Abşeron-Xızı regional filalının müdir müavini  Rəşad müəllim, Sumqayıt şəhər 9 saylı tam orta məktəbin və Sumqayıt şəhər Zülfi Hacıyev adına 17  saylı tam orta məktəbin şəhid Elmar Nəsibovun adını daşıyan siniflərin şagirdləri, şəhər içtimayyəti, din xadimləri, yaxınları, dostları onun məzarını ziyarət edərək gül əkililəri, çiçəklər qoydular. Elmar ilə bağlı xoş xatirələrdən danışdılar. Uca yaradandan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Hərbi qulluqçu, gizir Nəsibovun keçdiyi şərəfli hərbiçi həyatından və çətin döyüş yolundan, onunla bağlı xoş xatirələrdən söhbət açaraq şəhidi böyük hörmətlə andılar.  
Mərasim şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. 
“Şahin gözlü” ləqəbli peşəkar snayperçi gizir Elmar Nəsibov minlərlə gənc kimi Vətən uğrunda şəhid olaraq adını qızıl hərflərlə hərb tarixinə yazdırdı. Şəhidlərimizin əziz xatirəsini daima hörmət və etiramla anacayıq. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 44 günlük Vətən müharibəsində göstərdiyi şücayətə görə Elmar Şirzad oğlu Nəsibov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif edilib.




Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
 Yeganə Telmanqızı 
 
XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ