SON DƏQİQƏ

Pərvanə Mehmanqızının “Vətən Şəhidi” adlı kitabı işıq üzü gördü-FOTOLAR

Tarix:22-10-2025, 01:32

AYB-nin, AJB-nin üzvü, yazıçı-publisist Pərvanə Mehmanqızının növbəti “Vətən Şəhidi” adlı kitabı işıq üzü gördü. Tədbirdə şəhid anaları, ataları, Qarabağ qaziləri, bir sıra media nümayəndələri, Xətai rayon icra hakimiyyəti nümayəndələri, YAP-ın bir sıra əməkdaşları, ictimayyət nümayəndələri, Pərvanə xanımın ailə üzvüləri, Xətai rayon 55 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.Əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün azadlığı uğrunda  haqq savaşında şəhadətə ucalan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra söz icra nümayəndələrinə, şəhid analarına, Qarabağ qazilərinə, media nümayəndələrinə  verildi, natiqlər öz çıxışlarında bildirdilər: 

- Nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti var şəhidlər yaşayacaq, anılacaq və tanınacaq. Daima bu şəhidlər haqqında dastanlar, romanlar, şeirlər yazılacaq. Bəli biz bu gün qürurla deyə bilərik ki, biz qalib xalqıx. 30 il işğalda olan torpaqlarımız  2016-cı il aprel döyüşlərindən başlayaraq azad olundu və qalibiyyətimizi dünya tanıdı. Artıq Azərbaycan xalqı başını uca tutur və qalib xalq olaraq biz qürurluyuq. Bunu da  bizə şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçıları yaşatdı. Torpaq hər bir xalqın qeyrət simvoludur. Biz xoşbəxt xalqıx ki, qələbəni görduk yaşadıq. Artıq beş ildi ki, Azərbaycan zəfər günlərini qeyd edir. 
Azərbaycan xalqı Müzəffər Ordumuzun gücünə-qüvvəsinə, prezidentimizin siyasətinə hər zaman güvəndik, elə ona qörə 44 günə qalibiyyət tarixi yazaraq qalib olduq! 
Şəhidlərimizin keçdiyi şərəfli yolu böyüməkdə olan nəslə öyrətməkdir, cəmiyyətimizdə evdə, məktəbdə uşaqlara şəhidlərimizi, qazilərimizi tanıtmalıyıq. Zəfəri bizə daddıran Azərbaycan gəncliyi oldu. 
Pərvanə xanımın şəhid Fərid Məhərrəmova həsr etdiyi  “Vətən Şəhidi” adlı kitabı üçün təşəkkür edirik və bu cür kitabların davamlı olmasını arzulayırıq. 
Pərvanə xanım qələminizə, zehninizə Allah güc qüvvə versin. Daima qələminiz şəhidlər haqqında yazsın. Allah xalqımızı qorusun. Allah şəhidlərimizə rəhmət eləsin!
Yazıçı-publisist Pərvanə xanım qonaqları şəhid ailələrini salamladı, kitabın ərsəyə gəlməsindən, kitab haqqında tədbir içtirakçılarına məlumat verdi. Sayça yeddinci kitabının işıq üzü görməsindən qürur hissi yaşamağından danışdı. “Nə xoş ki, qələmim illərdi şəhidlərdən yazır. Şəhidlərimiz ən ali qürur mənbəyimizdir. Şəhidlərimiz hər an bizim qəlbimizdədir.  Vətən onun yolunda canından, qanından keçən oğullarla fəxr edir!

Xatırladaq ki, “Vətən Şəhidi” kitabı Vətən müharibəsində qanı ilə tarix yazaraq 18 yaşında şəhadə ucalan Məhərrəmov Fərid Asif oğlundan bəhs edir. Kitabda şəhidin ailə üzvülərinin, ona dərs deyən müəllimlərin, dostlarının, döyüş yoldaşlarının xatirələri yer alıb. Kitab 130 səhifədən ibarətdir.   “Vətən Şəhidi” kitabı müəllifin sayca yeddinci kitabıdır. 

Bizdə “XeberTıme.az” İnformasiya Portalı olaraq yazar Pərvanə Mehmanqızının yeni “Vətən Şəhidi” adlı kitabının işıq üzü görməsi münasibəti ilə ürəkdən təbrik edirik, ona sağlam həyat, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. 





Yeganə Telmanqızı 
XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ