Bu gün 44 günlük Zəfər savaşında qalib xalqın zabiti, kəşfiyyatçı leytenant Vüsal Muradovun anım günü keçirilib.
Anım mərasimi Sumqayıt şəhər Şəhidlər Xiyabanında başlandı. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi, ruhlarına dualar oxundu, Ulu yaradandan ailələrinə, doğmalarına səbr diləndi.
Şəhid Vüsal Muradovun məzarı ziyarət olunaraq gül əkililəri, tər çiçəklər qoyuldu. Leytenant Muradovun ailə üzvüləri, şəhid ana-ataları, Qarabağ qaziləri, bir sıra media nümayəndələri, ilahiyyətçilər, şəhər sakinləri, şəhidin təhsil aldığı Sumqayıt şəhər Anar Şükürov adına 25 nömrəli tam orta məktəbin müəllim kollektivi, Sumqayıt şəhər 33 saylı tamorta məktəbin pedoqoji kollektivi və şagirdləri, Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı Regional filalının bir sıra əməkdaşları, Ağdam rayon və Sumqayıt şəhər icra hakimiyyətinin rəsmiləri 44 günlük Vətən müharibəsində şəhidlərimizin göstərdiyi şücayətdən, vətənin azadlığı uğrunda canlarını qurban edərək torpaqlarımızın azad olunmasından, şəhidlik zirvəsindən eləcədə şəhidin keçdiyi şərəfli döyüş yolundan danışdılar. Əsgər şəhid Abdulla əhmədovun atası Hacı Əhməd Əhmədov şəhidin ailəsinə baş sağlığı verərək onların dərdinə şərik olduqlarını bildirdi, şəhidlərə, vətənə aid yazdığı şeirlər söylədi.










Xeyirxah Raya Məlikova və Namidar Məmmədov tərəfindən şəhidin ev muzeyinə şəhidin rəsmini əks etdirən suviner şəhidin anası Kəmalə xanıma bağışlandı. 
Anım tədbiri şəhidin adına verilən ehsan süfrəsində davam etdirildi.
Xatırladaq ki, Vüsal Muradov 1999-cu il mayın 19-da Sumqayıt şəhərində Kəmalə xanımın və Cəsarət bəyin ailəsində dünyay gəlib. Əslən Ağdam rayonunun Qasımbəyli kəndindən idi. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alırdı. IV sinif Kursantı idi. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə bağlı "kiçik leytenant" rütbəsi ilə müharibəyə yollandı. Vüsal Muradov müharibəyə kursant kimi gedib, şəhid kimi qayıtdı. Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vüsal Muradov oktyabrın 29-da Xocavənd döyüşləri zamanı şəhid olub. 31 oktyabr Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.













Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Muradov Vüsal Cəsarət oğıu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərimiz ölməyib, ürəklərdə daim yaşayırlar! Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az