SON DƏQİQƏ

Şəhid İlqar və Vüqar Əhmədov qardaşlarının doğum günündə-FOTOLAR

Tarix:4-11-2025, 20:42

Bu gün Bakının Rəsulzadə qəsəbəsində yaşayan, əslən Qubadlı rayonunun Çaytumas kəndindən olan iki övladını vətən yolunda şəhid vermiş Leyla ananı və şəhid atası Adil Əhmədovu ziyarət etdik. Jurnalist həmkarım Raziyə Kamilqızı şəhidlərimizə həsr etdiyi kitablarını şəhid analarına təqdim etdi.
Və cəmi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Raziyə xanım İlqar Və Vüqar Əhmədov qardaşlarının şücaəti dən, mərdliyindən  söhbət açdı.
Şəhid İlqar və Vüqar Adil oğlu Əhmədov qardaşlarına həsr olunmuş və Həkəri qəzetində dərc olunmuş məqaləni tədbir iştirakçılarına hədiyyə etdim. Tədbirdə iş adamı, xeyriyyəçi Leyla Əhmədova, QHT rəhbəri Ülviyyə xanım ,  Xocalı sakini fəal içtimaiyyətçi Ayna xanım və digər şəhid anaları  çıxış edərək yeganə iki övladını vətən yolunda şəhid vermiş valideynlərə  dözüm və səbr arzuladılar.
Şəhid anası Leyla Əhmədova və bacısı qonaqlara sonsuz təşəkkürlərini bildirdilər. Şəhid atası Adil Əhmıdov  hər kəsə sağ ol dedi və səhər onu boğdu. Cəmi iki oğlu ola, hər ikisini də şəhid verən atanın, ananın qəlbi görün necə də genişdir, ilahi.
Şəhidlərimiz ən uca məqama yükdəliblər.Ağlamayın şəhid anaları desəm də mən də kövrələtək sözümü bitirdim. Şəhidlərimizin xatirəsinə ehsan süfrəsi açıldı və xatirə şəkli çəkdirildi.
Tədbir videoya çəkildi və tezliklə sosial şəbəkələrdə yayımlanacaqdır.


Rauf İLYASOGLU.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ