SON DƏQİQƏ

Şəhid oldu Elçin Bayraq günündə

Tarix:9-11-2025, 12:33

Şəhidimiz Elçin Bayram oğlu Alıyevin əziz xatirəsinə.
Şəhid oldu Elçin Bayraq günündə,
İgidlər döyüşür hər zaman öndə.
Bayraqdan boylanır şəhidin qanı,
Nur yağır məzarı Vətən uğrunda.
Qubadlı elindən doğuldu bahar,
Ürəyində inam,  qəlbi ahu zar.
Şəhidlər qəlbimdə hər zaman yaşar,
Qanına  boyandı  həzin yağan qar .
Dağlarda döyüşdü igid şəhidlər, 
Fəxr edir dostları əsl şahidlər,
İgidlər yazdılar şəhid dastanı 
Cənnətə ucaldı igid şəhidlər.
Lələtəpə üstə sancağı qalxdı,
Düşmənin bağrına ildırım çaxdı.
Ərənlər içində adı parlaqdı,
Elçin fərəh ilə dağlara baxdı.
Görünür lap aydın Şuşa dağları,
Sinəsi dözümlü, qəlbi yaralı .
Geriyə dönmərik əmr etdi o sərt,
Qanına qarışdı o vətən qarı .
Qanıyla yazıldı bu torpaq, bu daş,
Ah çəkdi dostları, gör neçə qardaş .
Yaşayır Elçinlər Vətən uğrunda,
Bayrağa qarışdı tarixi yaddaş .

Rauf  İlyasoğlu
09.11.2025.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ