SON DƏQİQƏ

Şəhidlər Zəfər tarixinin unudulmaz qəhrəmanlarıdır!- FOTO\VİDEO

Tarix:3-02-2026, 00:22

Vətən uğrunda döyüşən hər bir əsgər Qəhrəmandır! 
Sumqayıt şəhərində şəhid ailə üzvüləri və bir qrup müəllimlərlə Vətən müharibəsinin könüllü döyüşçüsü Orxan Binət oğlu Məhərrəmovun ailəsini ziyarət etdik.  Orxanın anası Nəzakət xanım bizi isti münasibətlə qarşıladı çay masası arxasında Orxan haqqında xatirələrdən danışdı. Oğlunun məktəb illərindən vətənə, bayrağa bağlılığından doymadan söhbət etdi: “Oğlumdan ötrü çox darıxıram, həmdə oğlumla qürurluyam. Oğlum böyük Azərbaycan adlı məmləkətin Zəfər tarixini yazan unudulmaz qəhrəmanıdır! Orxan Vətəninə, xalqına bağlı bir uşaq idi. O doğulanda Qarabağımız mənfur düşmənlər tərəfindən işğal olundu, Orxan hər zaman deyirdi “Müharibə başlasa öndə özüm gedəcəm. Qarabağ bizim namusumuz, qeyrətimizin rəmzidir.” Vətən müharibəsi başlandığı gündən könüllü olaraq döyüşlərə qatıldı və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərdi...” 
XTQ-nın ən gənc əsgəri şəhid Səbuhi Həsənquliyevin anası, şairə Maisə xanım, şəhid Əvəz Şirinovun bacısı Elyanə xanım, itkin şəhid İlqar Ağalarovun bacısı Arzu xanım  Qarabağ döyüşlərində döyüşən Müzəffər Ordumuzun hər bir əsgər və zabitinin Qarabağımızın qalibiyyətində misilsiz qəhrəmanlığından söhbət açdılar. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə və müharibə döyüşçülərimizə can sağlığı arzuladılar. 
Xatırladaq ki, Orxan Əslən Marneuli rayonunun Qaçağan kəndindəndir, 25 avqust 1994-cü ildə anadan olub. Evin kiçik övladı olan Orxan 2001-2010-cu illərdə Sumqayıt şəhər 28 saylı tam orta məktəbdə doqquz illik təhsil alıb. 2012-ci ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsində həqiqi hərbi xidmətə yola düşüb. Gədəbəy rayonu İvanovka kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayıb. 2014-cü ildə xidmətini başa vurmuşdur. Orxan Məhərrəmov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan İkinci Qarabağ müharibəsi başlanan zaman könüllü olaraq döyüşlərə qatılıb və torpaqlarımızın işğaldan azad olunmasında igidlik göstərərək 6 oktyabrda Füzuli və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Məhərrəmov Orxan Binət oğ “Xocavəndin azad olunmasına görə”, "Cəbrayılın azad olunması", "Füzulinin azad olunması" və “Vətən uğrunda” medallar ilə təltif edilib.                   

Qarabağ düşmənlərin tapdağı altında əzab çəkir, hər gün insan kimi ağlayır, yenidən öz xalqının ona sahib çıxacağı günü gözləyirdi. Bizim hər birimiz əzab çəkirdik, Qarabağı geri almaq istəyirdik, çunki Qarabağ Azərbaycanın döyünən ürəyidir!                             
Bu gün  2 fevral Gənclər günüdür. Bəli Qarabağımızı Orxan kimi minlərlə gənc oğlan döyüşərək işğaldan azad etdi. Gənclərimiz Vətən müharibəsində döyüşərək qanları və canları bahasına tarix yazdılar.
 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı                                   
XeberTıme.az 



Sayıtımız vasitəsi ilə şəhid Məhərrəmov Orxan Binət oğlunun ailəsinin ziyarətindən video çarxı sizə təqdim edirik: 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ