SON DƏQİQƏ

Gözü şahin, qəlbi vətən olan şəhid Elmar Nəsibov-FOTO

Tarix:23-02-2026, 00:10

Şəhid ailələrini ziyarət etmək yalnız bir görüş deyil, mənəvi borcumuzdur. Onlar Vətən üçün ən əzizlərini fəda edən ailələrdir. Bu ailələrin qapısını döymək, hal-əhval tutmaq, xatirələrini dinləmək həm ehtiram, həm də vəfa nümunəsidir.
Bu gün yaşadığım Sumqayıt şəhərində Vətən Müharibəsi şəhidi, gizir snayper-kəşfiyyatçı Elmar Nəsibov adına Sumqayıt-Xəzər FK-nın mətbuat katibi, könüllü gənc, ictimai fəal Əziz Əzizovla birgə snayper-kəşfiyyatçı, gizir şəhid Elmar Nəsibovun ailəsini ziyarət etdik. 
Elmarın anası, Sürəyya müəllimə övladı haqqında kövrək, eyni zamanda qürur dolu xatirələrini bölüşdü. Onun məktəb illərindən, vətənə sevgisindən, Azərbaycan Ordusunda ləyaqətlə xidmətindən, keçdiyi şərəfli və qəhrəmanlıqla dolu döyüş yolundan danışdı.
Bəli, snayper-kəşfiyyatçı, şahin baxışlı Elmar Nəsibov 44 günlük Vətən müharibəsinin tarix səhifələrinə şücaət salnaməsini qızıl hərflərlə yazdıran igidlərimizdəndir. Onun adı xalqımızın yaddaşında daim yaşayacaq, qəhrəmanlığı isə gələcək nəsillərə örnək olacaq.
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 



Yeganə Telmanqızı                                    
XeberTıme.az 
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ