SON DƏQİQƏ

Azərbaycan bayrağını Cəbrayıl rayonuna Şəhriyar şəxsən özü sancdı

Tarix:28-11-2020, 22:42

44 günlük müharibə   Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.
Bu gün Sumqayıt şəhərində yaşayan əslən Ağdam rayonunun Cinli kəndindən olan qorxmaz, güclü Vətən oğullarından biri  Şəhriyar Quliyevin ailəsini ziyarət etdim.  
Şəhidimizi tanıyaq:                                                                                         
Şəhriyar  Nəsib oğlu Quliyev 25 may 1990-cı ildə Ağdam rayonunun  Cinli kəndidə   ziyalı  ailədə  dünyaya gəlmişdir. 1993-cü ildə mənfur düşmənlər tərəfindən öz ata-baba yurdları alınır və ailə məcburu köckün olaraq Sabirabad rayonunda yerləşən kolxoz idarəsində məskunlaşırlar. Sonra  Quliyevlər ailəsi Sumqayıt şəhərinə köçür. Şəhriyar 1997-ci ildə  Ağdam rayonu 83 saylı köçkün ümumi orta məktəbin birinci sinifinə daxil olur. 2008-ci ildə orta təhsilini başa vurur və elə həmin ildədə həqiqi xidmətə çağrılır  və Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində hərbi xidmətə başlayır. Hərbi hissədə xidmət zamanı 1 illik kurs keçir və Xüsusi Təyinatlı Qüvvələrinin kursundan əla nailiyyətlər qazanaraq döyüş qrupuna daxil olur, 13 il xidmət edir. Bu xidmətlər arasında müxtəlif döyüş tapşırıqlarında və xarici ölkələrdə xüsusi təlimlər keçir. Xüsusi Təyinatlı Qüvvələrin N saylı hərbi hissəsində 2016-cı ildə “Aprel döyüşlərində” şəxsən iştirak edən Şəhriyar Quliyev xüsusi şücaətlik göstərir  öz xidmətini qüsursuz davam etdirir. 2019-cı ildə kiçik gizir, 2020-ci ildə gizir rütbəsini alır.                                                      
26 sentyabr 2020-ci ildə düşmənin Azərbaycan Silahlı Qüvvələrinə hucum edərkən Şəhriyarın ilk döyüş yolu Füzulidən başlayır, orada xüsusi qəhrəmanlıq göstərərək özü və döyüşçü yoldaşları ilə birgə Füzulinin ən stratejli nöqtələrini Cəbrayıl rayonunu düşməndən geri almışdır. Xüsusi Təyinatlı Qüvvələrinin hərbiçiləri Hadrut şəhərinə üç istiqamətdən keçərək şəhəri tam mühasirəyə alırlar, düşmənin xeyli canlı qüvvəsini məhv edirlər. Ölənlər arasında erməni polkovnik-leytenantı da olmuşdur.                                                               
2020-ci il 20 oktyabr...Şəhriyarın sonuncu döyüşü... Qubadlı rayonunun azad edilməsində gedən ağır və qızğın döyüşlərdə gizir Şəhriyar Quliyev qəflətən düşmənlə 100 metr üz-üzə döyüşür, 2 yaralı yoldaşını döyüş meydanından çıxarır, lakin baş nahiyyəsindən yaralanaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalır.                                                               
Böyük hörmət və ehtiramla 24 oktyabr Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırıldı. Şəhidin dəfn mərasiminə Müdafiə Nazirliyinin əməkdaşları, 10000-dən çox insan, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Sumqayıt şəhər icra hakimiyyətinin nümayəndələri qatıldı.                                                                                    
Şəhriyar Quliyev 2015- ci il 8 iyul sevib-seçdiyi Pərvin xanımla ailə qurur. 4 yaşında Camal, 3 yaşında Ramal adlı oğlanları yadigar qaldı. 
Öz taleyini hərbi xidmətə bağlayan, hərb sənətini sevən və bu sevgisini peşəkarlıq müstəvisində parlaq şəkildə gerçəkləşdirən Şəhriyar  Quliyev bir sıra beynəlxalq sertifikatlara, fəxri fərmanlara  və təltiflərə layiq görülüb:                     
2013-ci ildə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi” yubley medalı.                                                                      

2019- cı ildə “Qüsursuz Xidmətlərə görə” 3-cü dərəcəli medalı.                    

Şəhriyarın qardaşı Rəmzi Quliyev  bizimlə həmsöhbət oldu:                                                                                               
- Şəhidlər bizim qürur yerimiz, fəxrimizdir. Bu gün mənə qardaşım haqqında danışmaq həm çətindir, həm qürurludur. Cəmi 2 qardaş idik və həmişədə çox mehriban olmuşuq. Qardaşım Vətəninə, xalqına, dövlətinə bağlı bir oğul idi. Hər kəsin hörmətini saxlayan, böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranardı. İndi ondan 2 oğul övladı və xatirələri bizlərə yadigar qaldı. Şəhidlərin davamçısı varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar.
Son telefon danışığımızda dedi: “ Azərbaycan Ordusunun peşəkarlığı çox yüksəkdir, getdikcə daha sürətlə irəliləyirik; İnşallah, Qarabağı azad edib, qalib zabit olaraq dönəcəm evə”... Evə dediyi kimi döndü qardaşım Cəbrayıl rayonunda gedən ağır döyüşlərdə Şəhriyar döyüşçülərə qələbə ruhu verib öndə gedərək döyüş yoldaşlarına  “Yalnız İrəli” demişdir. Cəbrayıl rayonuna qardaşım Şəhriyar şəxsən özü Azərbaycan bayrağını sancdı. İşğal olunmuş rayonlara bayraq sancmaq qardaşımın əbədi arzusu olmuşdur. Şükürlər olsun ki, bu arzusu ürəyində qalmadı. Vətən sağ olsun! Allah cəmi şəhidlərimizə rəhmət eləsin! 

Ömür-gün yoldaşı Pərvin xanıma həyat yoldaşı haqqında danışmaq ağır olsada bizlə fikirlərini bölüşdü:                                 

-Ruhu şad olsun! Şəhidlər öz ruhlarının əbədi sağlığını bu dünyada qazanıb. Bəli mənimdə ömür-gün yoldaşım Şəhriyar bütün suvabını bu dünyada edərək bir sıra insanlara yaxşılıq etdi və o dünyada da əbədi cənnətini qazandı. Əvəzolunmaz bir insan idi, hamıya əl tutmağı sevirdi. Ailə başçısı  kimidə, ata kimidə, oğul kimidə, qardaş kimidə yüksək xarakterə malik idi. O qədər gözəl xasiyyəti vardı ki! Şəhriyar kimi insanlar dünyaya az-az gəlir. Dərdimiz heç vaxt sağalmayacaq. Yaşadığımız günlər yadıma düşəndə özümə yer tapa bilmirəm. Siması hər an gözümün önündə canlanır, hətdda ona bir şeirdə yazmışam...

Rahat uyu,
Gözün arxada qalmasın.
Hər şey gözəl,
Zərrə şübhən olmasın.
Rahat uyu, rahat uyu igidim.
 
Qürur duyar sənin ilə hər zaman,
Övladların Ramal ilə bax Camal.
Haqqımız nə sənə halal eləyək?
Gəl sən et bizə haqqını halal.
Sən düşmənə elə bir dağ çəkmisən,
Bir də çətin ola onun bəxti yar.
Sən vuran dığanın yox xəbəri,
Sən daima zirvədəsən Şəhriyar.
O düşməndir, daş atacaq daima,
Sən qonduğun o zirvəyə daş yetməz.
Pərvin səni yaşadacaq daima...

Vətən vətən olur övladlarıyla yenə gənc bir övladın azadlığın uğrunda şəhidlik zirvəsinə ucaldı! Başın sağ olsun Vətən!
Nur içində yatasan şəhid qardaşım!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”  





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ