SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”-04.03.2026

Tarix:5-03-2026, 00:08

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist  Yeganə Telmanqızının təqdimatında 04.03.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan, snayper-kəşfiyyatçı, gizir şəhid Elmar Nəsibovun anası Sürəyya Mehdiyeva və XTQ-nin gənc əsgəri şəhid Səbuhi Həsənquliyevin anası Mayisə Həsənquliyeva olublar. 


  
Verlişdə Elmar Nəsibovun və Səbuhi Həsənquliyevin uşaqlıq, yeniyetmə illərindən, keçdiyi şərəfli döyüş yolundan danışılıb, şəhidlərimizə həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan mahnılar səsləndirilib. 

Snayper-kəşfiyyatçı, gizir, şahin gözlü şəhid Elmar Nəsibovun həyat yolu ilə sizi tanış edirik:
Nəsibov Elmar Şirzad oğlu 1987-ci il sentyabrın 19-da Sumqayıt şəhərində müəllim ailəsində dünyaya gəlib. 1994-2005-ci illərdə Sumqayıt şəhər 14 saylı tam orta məktəbdə təhsil alır. 2005-ci il 7 oktyabrda Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Cağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşür. 2007-ci ilin 3 aprelində müddətli həqiqi xidmətini başa vuraraq böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərinə dönür. Hərbiyə olan böyük həvəsi 2011-ci ildə onu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “MAHHXHQ hazırlığı” kursuna gətirib çıxarır. Burada bir necə ay kurs kecəndən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə xidmət edir və etiyata buraxılır. 15 iyul 2015-ci ildən yenidən Azərbaycan ordusuna qayıdıb xidmətini davam etdirir. Snayper tağımının snayper manqasının snayperi, snayper manqasının snayperi-müşahidəçi, tuşlayıcı, dağ atıcı manqasının komandiri, kəşfiyyat manqasının kəşfiyyatçısı, tank əleyhinə tağımının pulemyotcusu vəzifələrində çalışmışdır. 2020-ci ildə “Gizir hazırlığı” kursunu bitirir və gizir rütbəsini alır.  Düşmən təxtibatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu əks hucum əməliyyatları başladı. Gizir Nəsibov silahdaşları ilə birlikdə döyüşün ilk günlərindən ön sıralarda oldu və bir an belə geri çəkilmədi. Oktyabrın 12-də Füzuli uğrunda gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Füzulinin azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmançasını vuruşur və oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır.  Oktyabrın 13-də minlərlə şəhər sakinin, ailə üzvülərinin, yaxınlarının, xidmət etdiyi hərbi hissənin zabit heyyətinin, şəhidin xidmət etdiyi hərbi hissənin hərbiçiləri, döyüş yoldaşlarının və icra hakimiyyətinin nümayəndələrinin müşayəti ilə  Sumqayıt şəhər Şəhidlər Xiyabanında uğrunda öldüyü  torpağa tapşırılır.                                                              
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi, şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev Nəsibov Elmar Şirzad oğlunu ölümündən sonra “Vətən uğrunda”,  "Füzulinin azad olunmasına görə", “Döyüşdə fərqlənməyə görəmedalları ilə təltif etmişdir. 





XTQ-nin gənc əsgəri şəhid Səbuhi Həsənquliyevin həyat yolu ilə sizi tanış edirik:
 
Həsənquliyev Səbuhi Əlixan oğlu 2002- ci il aprelin 11-də Ucar rayonununun Boyat kəndində dünyaya gəlmişdir.  2003-də   Sumqayıt şəhər 6 saylı uşaq baxcasına getmişdir. 2008-2017-ci illərdə Sumqayıt şəhərində yerləşən Cəbrayıl rayon 5 saylı tam orta məkdəbdə  təhsil almış, burada 9 illik təhsilini başa vurmuşdur. S,Həsənquliyev 2017-2020-ci illərdə peşə təhsil liseyində təhsil almışdır. 2020 ci ildə iyul ayında həqiqi hərbi xidmətə yola düşmüşdür.                                3 ayın əsgəri artıq XTQ-da müəyyən təlimlər keçmiş, 27 sentyabr 2020-ci ildə Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılaraq qəhrəmançasına döyüşmüşdür. 8 noyabırın Qələbə günü  Şuşanın azad olunması uğrunda gedən ağır döyüşlərdə   kamandirini xilas edərkən qəhrəmanlıq gösdərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası prezidenti İlham Əliyevin fərmanı ilə döyüş tapşırıqlarını yerinə yetirdiyi üçün və döyüşdə göstərdiyi şücayətə və “Fizulinin azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “İgidliyə görə”, “Fərqlənməyə görə 3-cü dərəcəli” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur          

Səbuhi Həsənquliyev 12 noyabı 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında minlərlə insanın müşayəti ilə dəfn olunmuşdur.


Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.   


 
 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.            

“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.radio                                    
Qaynar xətt: 060 237 00 00 (+994 60 237 00 00)  
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
 
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir:



 Yeganə Telmanqızı 
 
XeberTıme.az    
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ