SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 11.03.2026

Tarix:12-03-2026, 23:17

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist   Yeganə Telmanqızının təqdimatında 11.03.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan kiçik çavuş şəhid Fərhad Əliyevin anası Tacə Vahabova və Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Nicat Nəbiyevin anası Əfsanə Abülfətova olublar.   





Verlişdə Fərhad Əliyev və Nicat Nəbiyev uşaqlıq, yeniyetmə illərindən, keçdiyi şərəfli döyüş yolundan danışılıb, şəhidlərimizə həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan mahnılar səsləndirilib. 


Kiçik çavuş şəhid Fərhad Əliyevin  həyat yolu ilə sizi tanış edirik: 


Qarabağ müharibəsində tarix yazan qəhrəmanlarımızdan biri Fərhad İlham oğlu Əliyev 7 sentyabr 1993-cü ildə anadan olub. Ailənin tək övladı olan Fərhadın hələ heç bir yaşı tamam olmamış atası rəhmətə getdiyindən onu anası Tacə Vahabova tək böyüdüb. Fərhad 9-cu sinfə kimi Sumqayıt şəhər 20 saylı tam orta məktəbdə təhsil alıb. Daha sonra Bakı İdarəetmə Kollecində təhsilini davam etdirib. Naftalan şəhərində hərbi xidmətini başa vurduqdan sonra yolunu yenə də hərbidən salıb. Fərhad N saylı hərbi hissədə MAXE kiçik çavuş kimi xidmət edib. Mərd, cəsarətli, cəsur insan olub. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başladığı gündən müharibədə şücayətlə vuruşub.   

Kiçik çavuş Əliyev Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli rayonu Yuxarı Seyidəhmədli kəndi istiqamətində bir neçə adsız yüksəkliyin ələ keçirilməsində, eləcə də Füzuli rayonunun Kürdlər, Yuxarı Abdurrəhmanlı, Gecəgözlü kəndlərinin alınmasında onun xüsusi rolu olub. Qəhrəmanımız oktyabrın 20-də Füzuli rayonu Gecəgözlü kəndində düşmən üzərinə hücuma keçərkən şəhidlik zirvəsinə ucalıb. Nəşi neytral zonada qaldığından yalnız 29 gün sonra oradan çıxarmaq mümkün olub və şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 
Prezident İlham Əliyevin sərəncamlarına əsasən Əliyev Fərhad İlham oğlunu ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.


 
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Nicat Nəbiyevin həyat yolu ilə sizi tanış edirik:
 
Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçı əsgəri Nicat Nəbiyev 2000-ci ildə 16 dekabr sadə, zəhmətkeş bir ailədə dünyay gəlib. Sumqayıt şəhər 39 saylı tam orta məktəbdə 9 illik təhsil alır, sonra təhsilini 10 saylı peşəliseyində davam etdirir. 2019-cı ildə həqiqi hərbi xidmətə yola düşür və hərbidə qüsursuz xidmət edir. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlanan gündən N,Nəbiyev komandanlığa ərizə ilə müraciət edərək könüllü döyüşlərdə vuruşmaq istədiyini bildirir. Hərbi hissədə qüsursuz xidmətlərinə görə döyüşlərə qatılmağa sərancam verilir. Oktyabrın 2-də Ağdam rayonu istiqamətində gedən ağır döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Azərbaycan ordusunun şəhid əsgəri böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində Sumqayıt Şəhidlər Xiyabanında minlərlə insanın müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır. 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün  Azərbaycan Prezidenti cənab İlham Əliyev ölümündən sonra Nəbiyev  Nicat Ramil oğlunu "Vətən uğrunda" medalı ilə təltif edib.  
Subay idi. Ailədə 2 qardaş idilər: Nicat və Samir. Xatıladaq ki, 2004-ci ildə Nicat və Samir qardaşlarını anaları Əfsanə Əbülfətova tək böyüdüb.  



Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.     
 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        

“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live 


                                    
Qaynar xətt: 060 237 00 00 (+994 60 237 00 00)  
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
 
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.



Yeganə Telmanqızı 
 
XeberTıme.az    

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ