“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında 18.03.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan 1-ci Qarabağ müharibəsinin şəhidi Əvəz Şirinovun bacısı Elyanə Ağayeva və Vətən müharibəsi qazisi, birinci minaatan komandiri, çavüş Anar Əsədov olublar. 
Verlişdə şəhid Əvəz Şirinovun və qazi Anar Əsədovun uşaqlıq, yeniyetmə illərindən, keçdiyi şərəfli döyüş yolundan danışılıb və vətənpərlik mövzundan mahnılar səsləndirilib.
Şəhid Əvəz Şirinovun həyat yolu ilə sizi tanış edirik:
Əvəz Qədim oğlu Şirinov 1978-ci il yanvarın 31-də Ağcabədinin Yeni Qaradolaq kəndində sadə zəhmətkeş, bir ailədə dünyaya gəlmişdir. Əvəzin atası Qədim kişi kolxozda qabaqcıl mexanizatorlardan idi. Dəfələrlə Fəxri Fərmanlar və medallarla təltif olunmuş, pul mükafatına layiq görülmüşdü. O, dəhşətli qəzada həyatını itirir. O zaman Əvəzin dünyaya gəlməsinə beş ay vardı hələ. Səyyarə ana böyük külfəti işləyərək halal zəhməti ilə dolandırmağa başladı. Əvəz ailənin doqquzuncu övladı olub.
Əvəz sinifdə ən savadlı şagirdlərdən biri idi. Tarix fənnini daha çox oxuyurdu. “Hər kəs ən azı öz keçmişi haqqında az da olsa məlumata malik olmalıdır” - deyirdi. Futbol idman növünə marağı olduğundan gözəl futbol oynayırdı, həmdə yaxşı səsi var idi. Xalq mahnılarına, muğamlarına çox qulaq asırdı. Hüquqşünas olmaq arzusunda idi. Əzəmətli səmimi və mehriban, cəsarətli, vətənsevər və ürəkli, bir qədər də ərkəsöyün idi. 1995-ci il 6 iyun həqiqi hərbi xidmətə yola düşür. Hərbi xidmət illərində dəqiqliyi, dürüstlüyü və ədaləti ilə fərqlənirdi. Əvəz Qazax, Tovuz, Gədəbəy istiqamətində sərhədlə üzbəüz xidmət keçdi.
1998-ci il 18 sentyabr... O gün şiddətli döyüşdə düşmən itki verərək geri çəkilmişdi. 19 sentyabr yenidən düşmənin hucumu nəticəsində torpaqlarımızın azadlığını qoruyan mərd əsgərimiz Əvəz Şirinov qəhrəmançasına şəhidlik zirvəsinə ucalır.
Qarabağ qazisi Anar Əsədovun qəhrəmanlıqla dolu həyat yolu ilə tanış olaq.
Vətənin mərd, cəsur oğullarından olan qazi Anar Əsədov 1978-ci ilin mayın 28-də Füzuli rayonunda anadan olub.
Qazi Anar çox möhkəm iradəli, ruhu yüksək insandır. Anar uzun müddət Beyləqan rayon ərazisində mühafizə polisi işləyib. 4 ildir ki, Milli orduda hərbçi olaraq çalışıb. Anarın 5 uşağı var. Aysu, Aynurə, Yağmur, Gülnar, Fuad.
Döyüş başlayandan qazi Anar müharibədə ön cəbhədə vuruşub.
Anar deyir ki: “Oranın abu-havası tamamilə fərqlidir. Orada insan tamamilə fərqli olur. Ancaq fikrin torpaqları alıb ermənilərdən təmizləmək olur. Hətta ailəni, uşağı belə unudursan.”
Qazilər bizim Vətənimizin keşiyində layiqincə duran, torpağımızın azadlığı və təhlükəsizliyi uğrunda fədakarlıq göstərən əsl Vətən oğullarıdır. Onların göstərdiyi qəhrəmanlıq, iradə və vətən sevgisi hər birimiz üçün böyük nümunədir. Qazilərimiz xalqımızın qürur mənbəyidir və daim dərin hörmətə layiqdirlər.
Döyüş başlayandan Qazi Anar müharibədə ön cəbhədə vuruşub.
Anar hər zaman bir şüar ilə yaşayıb: Biz heç vaxt düşmənin mülki əhalisinə atmadıq. Ancaq atış nöqtələrini susdurduq. Onlar isə bizim kəndləri, mülki əhalisi yaşadığı yerləri vururdular. Bu da onların alçaqlığından xəbər verir.
3 dəfə əməliyyat olunmasına, keçirtdiyi döyüş yolunun çətinliklərinə baxmayaraq Anar uşaqlıqdan haqqın tərəfində olub, zəifi qorumağa çalışıb. Anarın ancaq fikrin torpaqları alıb ermənilərdən təmizləmək olur. Hətta ailəni, uşağı belə unudub.
Anar oktyabrın 10-nu Ağdamın Təzəkənd kəndində minamyot partlayışı nəticəsində ağır yaralanıb. Çoxlu sayda qəlpələr bədəninə, başına, göz hissəsinə dəyib. Sol ayağını tamamilə itirib. Sol qolu sınıb və vətəri zədələnib.
Hal-hazırda bədənində, gözünün arxa hissəsində qəlpələr var. Anar 3 dəfə əməliyyat olunub. Dekabrın 15-i isə evə buraxılıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən döyüş tapşırıqlarını yerinə yetirdiyi üçün və döyüşdə göstərdiyi şücayətə görə "Ağdamın Azad Olunmasına görə" və "Cəsur Döyüşçü" medalları ilə təltif olunub.

Sonda qonaqlar Bestfm.az radiosunun dinləyicilərini, tamaşaçıları və “XeberTıme.az” sayıtına oxucularını Ramazan və Novruz bayramları münasibəti ilə təbrik ediblər.
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: 060 237 00 00 (+994 60 237 00 00)
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.








Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az