Şəhid snayper-kəşfiyyatçı Elmar Nəsibovun anası Sürəyya müəllimənin təşəbbüsü ilə Lənkaran şəhid ailələri ziyarət olundu. 19.03.2026-cı il tarixində Lənkəran rayonunun ən ucqar kəndlərindən biri Alazəpin kəndində könüllü əsgər şəhid Raqim Teymur oğlu Hadıyevin doğum günü keçirilib. Xatirə günü Lənkəran rayon Seliqavla kəndində şəhidin dəfn olduğu məzarından başlandı. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhədətə ucalan şəhidlərimizin ruhuna dualar oxundu sonra şəhidin məzarı ziyarət olundu. Tədbirdə şəhid Raqim Hadıyevin ailə üzvüləri, şəhid ataları, şəhid anaları, Lənkaran rayon icra hakimiyyəti nümayəndələri, media nümayəndələri, kənd cammatı iştirak ediblər. Anası Nəzakət xanım, atası Teymur bəy, bacıları Rahidə xanım və Səidə xanım şəhid haqqında xoş xatirələrdən danışdı. Onun keçdiyi şərəfli döyüş yolundan fəxrlə söhbət açıldı.
Doğum günü mərasimi Lənkəran rayon Alazəpin kəndində Raqimin böyüyüb boya-başa çatdığı evdə şəhidin adına açılan ehsan süfrəsində davam etdirildi. Snayper-kəşfiyyatçı, gizir şəhid Elmar Nəsibovun anası Sürəyya müəllimə şəhidin ev muzeyinə xatirə lövhəsi hədiyyə etdi. Xatırladaq ki, Raqim Teymur Hadıyev snayper-kəşfiyyatçı, gizir şəhid Elmar Nəsibovun əsgəri olub.
Lənkəran rayon Alazəpin kənd ümumi orta məktəbinin şagirdləri şəhidin ev muzeyinin qonağı oldu. Məktəbin şagirdləri şəhidlər, vətən, torpaq haqqında şeirlər söylədilər, rəsmi nümayəndələr, məktəbin bir sıra müəllimləri şəhid haqqında danışdılar.
Xatirə şəkilləri çəkildi. 











Şəhid Raqim Hadıyevi tanıyaq:
Raqim Teymur oğlu Hadıyev 1999-cu il martın 19-u Lənkəran rayonunun Alazepin kəndində anadan olub. Orta təhsilini Alazepin kənd məktəbində aldıqdan sonra hərbi xidmətə yollanıb. Raqim 27 sentyabrda başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü olaraq Hərbi Komissarlığa müraciət edib və döyüşlərə qatılıb. Raqim Hadıyev Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına iştirak edib. Noyabrın 4-ü Qubadlı uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Lənkəran rayon Seliqavla kənd məzarlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadıyev Raqim Teymur oğlunu ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, Cəsur döyüşçü” medalları ilə təltif etmişdir. 
Lənkaran rayonu Alazəpin kəndində şəhid Raqim Hadıyevin ev muzeyində xatirə günü-19.03.2026
Hər bir şəhid – bir ömürlük şərəf, bir xalqın sınmaz iradəsidir. Doğum günün mübarək qəhrəman şəhidimiz!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
Yeganə Telmanqızı
XeberTıme.az