“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında 08.04.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan Birinci Qarabağ müharibəsinin şəhidi Sərdar Həsənovun həyat yoldaşı və Vətən müharibəsini. könüllü döyüşçüsü Akif Cabbarovun xalası Maya Həsənova və Vətən müharibəsinin əsgər şəhidi Abdulla Əhmədovun atası Hacı Əhməd Əhmədov və anası Validə Əhmədova olublar.
Verlişdə Sərdar Həsənovun, Akif Cabbarovun və Abdulla Əhmədovun uşaqlıq, yeniyetmə, gənclik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan danışılıb, şəhidlərimizə həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan mahnılar, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. 
Şəhid əsgər Abdulla Əhmədovun həyat yolu ilə sizi tanış edirik:
12 il həsrət, 12 ildən sonra dünyaya gəlmiş evin tək oğlu Abdulla Əhmədov. Əhmədov Abdulla Hacı Əhməd oğlu 12 mart 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində anadan olmuşdur. 2008-2017-ci illərdə Sumqayıt şəhər 33 saylı tam orta məktəbdə doqquz illik təhsil alır. 2017- ildə Sumqayıt şəhər 34 saylı tam orta məktəbdə təhsilini davam etdirir və 2019-cı ildə buranı bitirir. 2020-ci ilin may ayının 5-də Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Cağırış idarəsindən həqiqi hərbi xidmətə yola düşür. Goranda yerləşən N saylı hərbi hissədə xidmətə başlayır sonra Tərtər rayonunda xidmətini davam etdirir.
Azərbaycan Ordusunun əsgəri olan Abdulla Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə qatılır şücaətliklə vuruşur.
Oktyabrın 2-də Talış istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıq göstərərək 18 yaşında şəhidlik zirvəsinə ucalır. Minlərlə şəhər sakinin, ailə üzvülərinin, yaxınlarının, xidmət etdiyi hərbi hissənin zabit heyyətinin, döyüş yoldaşlarının və icra hakimiyyətinin nümayəndələrinin müşayəti ilə Sumqayıt şəhər Şəhidlər Xiyabanında canı qədər sevdiyi torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Əhmədov Abdulla Əhməd oğlunu ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə”, “Cəsur döyüşcü” medalları ilə təltif etmişdir.
Birinci Qarabağ müharibəsinin şəhidi Sərdar Həsənovun həyat yolu ilə sizi tanış edirik:
Həsənov Sərdar Rəşid oğlu 1971-ci il oktyabrın 28-də Bərdə rayonunun Uğurbəyli kəndində dünyaya gəlmişdir. İlk orta təhsilini Uğurbəyli kənd orta məktəbində alır. 1990-cı ildə sevib seçdiyi Maya xanımla ailə həyatı qurur. 1992-ci ildə həqiqi hərbi xidmətə gedir və cəsur döyüşçümüz I Qarabağ müharibəsində qəhrəmanlıqla vuruşur. 6 yanvar 1994-cü ildə Sərdar Həsənovun son döyüşü oldu. Ağdəərə uğrunda gedən döyüşlərdə ağır yaralanır. Bakı şəhərinə hərbi hospitala çatdırılır, həkimlər nə qədər səy göstərsələrdə əsgərimizi xilas edə bilmirlər. Həsənov Sərdar Rəşid oğlu 18 yanvar 23 yaşında şəhidlik zirvəsinə ucalır. 

Vətən müharibəsini. könüllü döyüşçüsü Akif Cabbarovun həyat yolu ilə sizi tanış edirik:
Akif Cabbarov 1997-ci il noyabrın 24-də Gədəbəy rayonunda dünyaya göz açıb. Orta məktəbi Şəmkir rayonu Könüllü kəndində bitirən Akif anası ilə birgə 2014–cü ildə Sumqayıt şəhərinə köçür. General Polad Həşimovun ölümü onu çox sarsıdır. Avqust ayında Qarabağ yürüşünə çıxan Akif könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yazılır və doğum gününü qeyd edib, sentyabrın 21-də Daşkəsəndə təlimlərə cəlb olunur. Sentyabrın 27-də Vətən müharibəsi başlayır. Akifdə Vətən borcunu ödəmək üçün döyüşə qatılır. Akif əsgərlikdə olduğu zaman Aprel döyüşlərində iştirak edib. Akif Cabbarov oktyabrın 25-də Füzulinin Alıxanlı kəndində şəhidlik zirvəsinə və Akifin arzusu ilə Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn olunur
Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilib.
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: +994 60 237 00 00
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.


Yeganə Telmanqızı
XeberTıme.az