“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında 15.04.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan Lokal xarakterli Antiteror hadisələrinin şəhidi Ramil Rəhimovun anası Gülhava Rəhimova, 8 kitab müəllifi, yazıçı-publisist Pərvanə Mehmanlı və Vətən müharibəsi iştirakçısı əsgər Yusif Bağırov olublar.
Verlişdə şəhid Ramil Rəhimovun və Vətən müharibəsi iştirakçısı əsgər Yusif Bağırovun uşaqlıq, yeniyetmə, gənclik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan danışılıb. Yazıçı-publisist, vətənpərvər yazar Pərvanə Mehmanlının yaradıcılığından və qarşıdakı planlarından söhbət açıldı. Şəhidlərimizə həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılar səsləndirilib. 
Lokal xarakterli Antiteror hadisələrinin şəhidi Ramil Rəhimovun həyat və döyüş yolu ilə sizi tanış edirik:
Rəhimov Ramil Sücəddin oğlu 1992-ci il yanvarın1-də Abşeron rayon Ceyranbatan qəsəbəsində anadan olmuşdur. Rəhimovlar ailəsində 3 övlad böyüyürdü 1 qız, 2 oğlan. 1998-ci ildə Abşeron rayon Ceyranbatan qəsəbəsi 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. Burada 9-illik təhsil alıb 2007-ci ildə Bakı Dövlət Sosial İqtisad kollecinə daxil olmuşdur. 2011-ci ildə kolleci bitirib iyun ayında Abşeron rayonu hərbi komissarlığından həqiqi xidmətə yola düşür. Fizuli rayonu Alxanlı kəndində yerləşən N saylı hərbi hissədə xidmətə başlayır. Hər zaman nümunəvi əsgər olaraq hərbi hissədə fərqlənir. 2013-cü ilin yanvarında həqiqi hərbi xidmətin başa vurur. Müəyyən mülki işlərdə işləyir. Daha sonra Vətənə olan sevgisi və hərbi sahəyə olan marağı onu hərbi peşəsinə gətirib çıxarır. 2018-ci ildə sənədlərini təqdim edir müəyyən bir kurs keçir Dövlət Sərhəd Xidmətində gizir vəzifəsində çalışmağa başlayır. 2022-ci ilə qədər cənub bölgəsində Astarada, Lerikdə yerləşən N saylı hərbi hissədə xidmət edir.
2019-cu ildə sevib-seçdiyi Türkanə xanımla ailə həyatı qurur, 2020-ci ildə Dəniz adlı qızları, şəhadətindən sonra 2024-ci ilin yanvarın 1-də (Ramilin doğulduğu gün) Yağmur adlı qızı dünyaya gəlir. Üzünü görmədiyi körpəsinə sağkən Yağmur adını qoyur.
2022-ci ilin oktyabrından öz istəyi ilə Daxili Qoşunların Sülhməramlı Qüvvələrində gizir vəzifəsində çalışmağa başlayır. Pirəkəşküldə yerləşən N sayl hərbi hissədə Həmlə tablosunda Komandada xidmətinə davam edir. 2023-cu ilin sentyabrın 4-u Ağdama gedib hərbi hissə tərəfindən keçirilən təlimlərdə iştirak edir. 19 sentyabr 2023-cü il... Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli 23 saat 43 dəqiqəlik antiterror əməliyyatında saat 4-5 radələrində Ağdərə rayonunun Sırxavənd kəndində döyüş yoldaşları ilə birlikdə şəhid əsgərini neytral zonadan çıxararkən çiynindən snayper ilə vurularaq şəhidlik zirvəsinə ucalır. Neyteral zonada qaldığı üçün sentyabrın 23-də Bakının ikinci Fəxri Xiyabanında yüzlərlə səhəri ictimayyətinin, dövlət və hərbi qulluqçularının müşayəti ilə yayım atəşi altında dəfn olunur. 
Vətən müharibəsi iştirakçısı əsgər Yusif Bağırovun həyat və döyüş yolu ilə sizi tanış edirik:
Yusif Bagırov 2002-ci ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Orta təhsilini Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə almışdır.
2020-ci il iyul ayında Sumqayıt şəhərindən həqiqi hərbi xidmətə yola düşür və əsgər Bağırov hərbi hissədə seçilən əsgərlərdən biri olmuşdur. O 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başladığı gündən döyüşlərə qatılır və zəfər çaldığımız günə qədər qəhrəmanlıqla döyüşür. Müzəffər Ordumuzun əsgəri Bagırov Yusif Afiq oglu Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını və vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif etmişdir.
Yusif Bağırovlar ailəsinin böyük övladıdır, Züleyxa adlı bir bacısıda var. 
Yazıçı-publisist, vətənpərvər yazar Pərvanə Mehmanlının yaradıcılığı ilə sizi tanış edirik:
Dəyərli ziyalımız, vətənpərvər yazar Pərvanə Mehmanlı AJB və AYB üzvü, yazıçı -publisist, Elm və Təhsil Nazirliyinin elmi mətbuat orqanı olan "Peşə təhsili və insan kapitalı" jurnalının şöbə redaktorudur. Pərvanə xanım eyni zamanda səkkiz kitab müəllifidir yaxın günlərdə iki kitabı işıq üzü görəcək. Pərvanə xanım teleməkanında yayımlanan bir sıra verlişlərin ekspertidir. 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: +994 60 237 00 00
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.






Yeganə Telmanqızı
XeberTıme.az