SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 22.04.2026

Tarix:22-04-2026, 20:13

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist   Yeganə Telmanqızının təqdimatında 22.04.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan  Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun qardaşı Zabil Orucov və manqa komandiri, şəhid Əbdülməcid Axundovun anası Ceyran Həsənova olublar.                                  
Verlişdə şəhid Raquf Orucovun və şəhid Əbdülməcid Axundovun uşaqlıq, yeniyetmə, gənclik  illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı. Şəhidlərimizə, Azərbaycana həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılar səsləndirilib. 



 
Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant, “Murov qartalı” Raquf Orucovun həyat və döyüş yolu ilə sizi tanış edirik:


Şəhid polkovnik-leytenant Raquf Orucov Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, I Qarabağ müharibəsinin qazisi şəhid ananın şəhid oğlu Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Ailənin birinci övladı olan Raqufun özündən başqa üç qardaşı və bir bacısı var idi. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Raquf Orucov bir müddət sonra ordudan ayrılıb və çətin günlərdə Azərbaycan Ordusunun sıralarına qoşulub. 
Erməni işğalçılarının Ağdam rayonunu atəşə tutması nəticəsində Raquf Orucovun dayısı Azər Rəhimov şəhid olub. Qanlı döyüşlərdə Azərbaycan ordusu nə qədər şücaət göstərsə də, 1993-cü ilin 12 iyun tarixində Ağdam rayonunun Cinli kəndi işğal edilib. İşğal nəticəsində beş övlad anası olan Raya xanım namərd düşmən gülləsindən şəhid olub.
Elə həmin ildəcə Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, amma məktəbə qəbul ola bilməyib. Buna baxmayaraq o, ruhdan düşməyib və növbəti il həmin məktəbə qəbul olub. Onun şərəfli hərbçi həyatı anasının qisasını ermənilərdən almaq niyyəti ilə başlayıb.
Raquf Orucov 1999-cu ildə Sevinc Alızadə ilə ailə həyatı qurub, Aqşin və Nihad adında iki oğlu yadigar qalıb.
Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını düşmənlə üz-üzə dayanan Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam edib.
2016-cı ilin aprel ayının əvvəlində polkovnik-leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb şəhidlik zirvəsinə ucalır. Aprelin 5-də polkovnik-leytenant Raquf Orucov son mənzilə yola salınıb. Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il doyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həmdə Murad Məmmədov polkovnik-leytenant Raquf Orucovun əsgərləri idi.
Raquf Orucov Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən 1995-ci ildə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, 1998-ci ildə “Hərbi xidmətlərə görə”, 2003-cü ildə “Qüsursuz xidmətə görə” III dərəcəli, 2008-ci ildə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” II dərəcəli, 2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley, “Qüsursuz xidmətə görə” I dərəcəli, 2016-cı ildə “İgidliyə görə” medalları ilə təltif edilib.



 
 
Aprel döyüşlərinin şəhidi manqa komandiri, şəhid Əbdülməcid Axundovun həyat və döyüş yolu ilə sizi tanış edirik:


Mübariz İbrahimovun qəhrəmanlığı Əbdülməcid Axundovun həyatının bələdcisinə çevrilir. 
Ürəyi yaşından böyük olan qəhrəmanımız Əbdülməcid Axundov Aprel zəfərini, Aprel qələbəsində adını tarixə yazdıran qəhərəman oğullardan biridir. Axundovlar ailəsin 6 il övlad həsrəti çəkirlər. Nəhayət ki, ailənin ilk övladı Elçin dünyaya gəlir. Ailənin ikinci övladı Əbdülməcidin dünyaya gəlməsi bu ailəyə daha bir sevinc gətirir. Əbdülməcid Axundov 1993-cü il 15 oktyabrda Sumqayıt şəhərində mehriban, ziyalı, vətənpərvər bir ailədə anadan olmuşdur. Qohum-əqrabanın, qonşuların, müəllimələrinin sevimlisi idi Əbdülməcid. 1999-cu ildə 16 saylı məktəbin birinci sinifinə daxil olur. Məktəbdə yaxşı oxuyurdu, həm də olduqca nadinc və fəal şagird  idi. Vətənpərvərlik anlayışı Əbdülməcid üçün həmişə əsas yerlərdən birini tutub. Çox bayraqsevər uşaq idi Əbdülməcid. Tarix fənnini  sevirdi, Azərbaycanın tarixinə çox bağlı idi. Onun uşaqlığından ən böyük arzusu hərbçi olmaq idi. 2010-cu ildə orta məktəbi bitirir. 2011-ci ildə Azərbaycan Texniki Universitetin elektrik mühəndisliyi fakultəsinə daxil olur. Təhsil illərində o dəfələrlə təhsilini yarımçıq qoyub Hərbi xidmətə getmək isdəyir. Dəfələrlə dekanlığa müraciətdə edir. Lakin ailəsi icazə vermir. Valdeynləri deyirlər ki, ”Təhsilini bitir sonra get hərbi xidmətə”. Torpaqlarımızın işğal altında olması Əbdülməcidi həmişə narahat edib. 2015-ci ildə Universiteti bitirir. Elə həmən ilin iyulun 20 də gülə-gülə büyük ümüdlərlə hərbi xidmətə yollanır. O, hərbi hissədə çavuşluq kursu kecir. Artıq dekabr ayında manqa komandiri vəzifəsinə təyin edilir. Əbdülməcid Tərtərdə xidmət edirdi. 2016-cı ilin aprelin 1-dən 2-nə kecən gecə... Seysulan istiqamətində düşmənlə açıq düyüşə girdilər. Xeyli sayda erməni əsgəri məhv olur. Əbdülməcid ayğından yaralansa da, döyüşü davam etdirir. Ayağından aldığı zərbəyə görə sürünərək hərəkət edən manqa komandiri  Əbdülməcid Axundov düşmən gülləsinə tuş gəlir və şəhidlik zirvəsinə ucalır. Aprelin 10-da Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılır.   
Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunub.



Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.     
 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live 



                                    
Qaynar xətt: +994 60 237 00 00  
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.



Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ