SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 29.04.2026

Tarix:30-04-2026, 01:05

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist   Yeganə Telmanqızının təqdimatında 29.04.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan  Vətən müharibəsinin könüllü döyüşçüsü Tacəddin İsmayılzadənin anası Aygün Məmmədova, Vətən müharibəsi əsgər şəhidi Elvin İsmayılovun anası Sevil İsmayılova və "AYMEDİACOMPANY.AZ" saytının rəhbəri Almaz Yaşar oldu. 
Verlişdə şəhid Tacəddin İsmayılzadənin  və şəhid Elvin İsmayılovun uşaqlıq, yeniyetmə, gənclik, tələbəlik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı. Media dostumuzuz, bir sıra şəhid tədbirlərinin təşkilatçısı Almaz Yaşar şəhidləri qəhrəmanlıq yolundan danışdı. 
Verlişdə şəhidlərimizə, Azərbaycana həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılar səsləndirilib. 



 
Vətən müharibəsi şəhidi Tacəddin İsmayılzadənin həyat və döyüş yolu ilə sizi tanış edirik:
Tacəddin İsmayılzadə 1996-cı il martın 17-də Sumqayıt şəhərində anadan olub. Məktəb Sumqayıt şəhəri ərəb dili təmayüllü 1 saylı internatməktəbində tam orta təhsilini almışdır. Sumqayıt Dövlət Universitetində ali təhsil almışdır. 
Azərbaycan Ordusunun əsgəri olan Tacəddin İsmayılzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tacəddin İsmayılzadə oktyabrın 9-da ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. 2021-ci il, fevralın 12 şəhid olub. Tacəddin İsmayılzadə 2021-ci il vəziyyətinin 128-ci günündə şəhid olub.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  Tacəddin İsmayılzadə "Cəsur döyüşçü","Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə",  medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. Subay idi. İsmayılzadə Elməddin adlı bir qardaşı var. Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib. 




 
Vətən müharibəsi şəhidi Elvin İsmayılovun həyat və döyüş yolu ilə sizi tanış edirik:


Elvin İsmayılov 28 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2008-2019-cu illərdə Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbdə təhsil almışdır. Təhsilini bitirdikdən sonra bir müddət müxtəlif sahələrdə çalışmış və sonra hərbi xidmətə yollanmışdır. Subay idi.
Elvin İsmayılov 8 may 2020-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Elvin İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elvin İsmayılov 2 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elvin İsmayılov ölümündən sonra "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə"  "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 



 
"AYMEDİACOMPANY.AZ" saytının rəhbəri Almaz Yaşarın yaradlcılığı ilə  sizi tanış edirik: 
 
"AYMEDİACOMPANY.AZ" saytının rəhbəri, MAT.TV direktor, "AZƏRBAYCAN VƏTƏNPƏRVƏRLƏR" İB-nin mətbuat katibi Aımaz Yaşar illərdi saysız-hesabsız şəhid tədbirlərinin təşkilatçısıdır. Onu da qeyd edək ki, Almaz xanımın şəhidlər haqqında yazıları daima mətbuatda işıqlanır. 



 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.     
 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        
 “Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: +994 60 237 00 00  (wotsap)
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 


XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.




Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ