SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 06.05.2026

Tarix:6-05-2026, 22:29

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 
Bestfm.az radiosunda vətənpərvər telejurnalist   Yeganə Telmanqızının təqdimatında 06.05.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişin qonaqları tarixdə imzası olan Vətən müharibəsinin əsgər şəhidləri Mahir Xələflinin anası Şəlalə Xələfova, Sadiq Baxışovun anası Xuraman Baxışova oldu. 
Verlişdə şəhid Mahir Xələflinin və şəhid Sadiq Baxışovun uşaqlıq, yeniyetmə, gənclik  illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı. 
Verlişdə şəhidlərimizə, Azərbaycana həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılarda səsləndirilib.     


                                               
 
Vətən müharibəsinin əsgər şəhidi Mahir Xələflinin həyat və döyüş yolu ilə sizi tanış edirik:


Mahir Xələfli 8 aprel 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əslən Qubadlı rayonunun Qiyaslı kəndindən idi. Subay idi. 


Mahir Xələfli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Gəncədə və Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Mahir Xələfli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Mahir Xələfli 27 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası  Prezidenti İlham Əliyev Xələfli Mahir Muxtar oğluna  ölümündən sonra "Vətən uğrunda",  "Kəlbəcərin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif etmişdir.
 


Vətən müharibəsinin əsgər şəhidi Sadiq Baxışovun həyat və döyüş yolu ilə sizi tanış edirik:


Ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən 44 günlük Vətən Müharibəsinin ən gənc qəhrəmanlarından biri Sadiq Bəkir oğlu Baxışovdur. O, 2001-ci il dekabr ayının 12-də Xaçmaz rayonu Çarxı kəndində anadan olub.                                                       

2020-ci ilin yanvar ayında hərbi xidmətə yollanıb. Vətən Müharibəsinin ilk günlərindən döyüşlərdə fəal olan şəhidimiz Füzulinin alınmasında yaxından iştirak edib. Oktyabrın 28-də Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəlib. Anası Xuraman Baxışova kasıbçılıqla böyütdüyü övladını belə gənc yaşlarında itirsə də, qürurludur: “Vətən üçün son damla qanına qədər döyüşən, xeyirli, qəhrəman övlad yetişdirdiyim üçün fəxr edirəm”- deyir Xuraman ana, Bəkir ata. 
Sonuncu dəfə ailəsi Sadiqlə oktyabrın 15-də telefonla danışıb. Harada olduğunu soruşsalar da, ailəsinin narahat olmaması üçün yerini deməyib. Bircə deyib ki, "zəfərlə qayıdacağıq, Allaha əmanət olun".
Müharibənin ən qızğın yerlərində olan şəhidimizin ölümündən sonra anası bilib ki, o, qohum-əqrəbaya, dostlarına "mən şəhid olacağını" deyirmiş.
Hərbi xidmət müddətində seçilən əsgərlərdən olan Sadiq Baxışov Vətən Müharibəsində qəhrəmanlıqla döyüşdüyünə görə ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Baxışov Sadiq Bəkir oğluna  ölüündən sonra “Vətən uğrunda” medalı ilə təltif edib. 



 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.  
“Tariximizin İmzası verlişinin” video carxı:



 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        
 “Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
                                    
Qaynar xətt: +994 60 237 00 00  (wotsap)
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.


Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ