“Tariximizin İmzası” adlı verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək.
Bestfm.az radiosunda vətənpərvər telejurnalist Yeganə Telmanqızının təqdimatında 13.05.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişinin qonaqları Vətən müharibəsinin şəhidi kiçik leytenant Vüsal Muradovun anası Kəmalə Muradova, Vətən müharibəsi hərbi qulluqçusu şəhid Nadir Rzayevin anası Aynur Rzayeva oldular.
Verlişdə şəhid Vüsal Muradovun və şəhid Nadir Rzayevin uşaqlıq, yeniyetmə, gənclik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı.
Verlişdə şəhidlərimizə, Azərbaycana həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılarda səsləndirilib. 
Vətən müharibəsinin şəhidi kiçik leytenantı Vüsal Muradovun həyat və döyüş yolu ilə sizi tanış edirik:
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alan IV sinif Kursantlarından 5 kursant şəhidlik zirvəsinə ucalıb, onlardan biridə kiçik leytenant Vüsal Muradovdur. Muradov Vüsal Cəsarət oğlu 1999-cu il mayın 19-da Sumqayıt şəhərində zəhmətkeş, sadə bir ailədə dünyaya gəlmişdir. Muradovlad ailəsində iki övlad böyüyürdü: Vüsal, Yusif. 2005-2014-ci illərdə Sumqayıt şəhər 25 saylı tam orta məktəbdə təhsil almışdır. Muradovlar ailəsi əslən Ağdam rayonunun Qasımbəyli kəndindəndir. Kiçik Vüsal ailədə daima Ağdam həsrətini hiss etmişdir və ən böyük arzusunun arxasınca C,Naxcıvanski adına hərbi liseyə gedir, ən yüksək balla buraya qəbul olur. Hərbiçi olmaq arzusunda idi Vüsal. 2017-ci ildə normativləri yüksək dərəcədə verdiyinə görə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kəşfiyyatçı fakültəsinə daxil olur. IV sinif Kursantı idi. 2020-ci ilin 27 sentyabr "kiçik leytenant" rütbəsini alır. Sentyabrın 29-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinə yollanır. Vüsal Muradovun ilk döyüş yolu Füzuli rayonundan başlanır. İki gün sonra Qubadlı istiqamətində gedən döyüşlərdə komandir olduğu əsgərləri birgə vuruşur. Ərazi mənfur düşmən tərəfindən minalandığına görə çayın içindən keçməli olur və bu zaman telefonu çaya düşərək xarab olur. Doğmaları ilə bütün əlaqələr kəsilir. Bərk soyuqlayır, yüksək dərəcədə qızdırması olur, buna baxmayaraq daima irəli gedərək düşmənlə vuruşur. Zəngilan istiqamətində gedən döyüşlərdə 7 yüksəklik, 7 kənd alırlar. Hadrutun Dolanlar kəndində 150 metr düşmənlə qarşı-qarşıya vuruşur. Sonra Hadrutun Ziyarətgah dağında 3 erməni ilə vuruşur.
29 oktyabr saat 16:00…Vüsal Muradovun son döyüşü…Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur və döyüşlər zamanı şəhidlik zirvəsinə ucalır. Komnadiri olduğu hərbi hissənin 4 əsgəri komandir Muradovun nəşini dağdan aşağı düşürürlər və piyada daşayaraq geçə saat 12-də Füzuli rayonuna çatdırırlar.
Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında minlərlə şəhər sakinin, icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, yaxınlarının iştirakı ilə uğrunda canını qurban verdiyi 21 yaşlı şəhidimiz böyük ehtiramla torpağa tapşırılır. Subay idi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev Muradov Vüsal Cəsarət oğlunu ölümündən sonra "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı, "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edib.
Ən böyük arzusu Ağdamı görmək olsa da bu ona nəsib olmadı. Qubadlı, Cəbrayıl, Xocavənd, Zəngilan uğrunda gedən döyüşlərdə rəşadətlə vuruşmuşdur. İçindəki böyük döyüş ruhu ona həmişə irəli olmaq, igidliklə vuruşmaq, döyüş əzmiylə seçilmək imkanı verdi.
Müharibənin başlamasını səbirsizliklə gözləyirdi. İnşallah Əliyar, Şirin, Mübariz, Polad kimi oğulların qisasını alıb qayıdacağıq evimizə - demişdi...” 
Vətən müharibəsinin hərbi qulluqçusu şəhid Nadir Rzayevin həyat və döyüş yolu ilə sizi tanış edirik:
Eyni ad...eyni soyad...eyni taleh...
Bu iki qəhrəmanın eyni adı daşıması, eyni amal uğrunda döyüşməsi və eyni rayonda şəhid olması Azərbaycan hərb tarixinə "Taleləri oxşar əmi-bala şəhidlər" kimi həkk olunmuşdur. Məhəmməd Nadir Rzayev 18 noyabr 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. İllər keçir əmisinin adını daşıyan balaca Nadir böyüyür 2001-2012-ci illərdə Sumqayıt şəhər 17 saylı tam orta məktəbdə təhsil alır. MəhəmmədNadir Rzayev 2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən gəldikdən az müddət sonra 2014-cü ildə yenidən ordu sıralarına qayıdaraq Xüsusi Təyinatlı Dəstənin tərkibində Vətənə qulluq edib.
6 il xidmət etdikdən sonra onun xidmət vaxtına isə ikinci Qarabağ müharibəsi təsadüf edir. Əmisinin intiqamını almaq arzusuyla döyüş meydanının ən qızğın ərazilərində olur. Cəbrayıl rayonunun qaytarılmasında xüsusi rolu olmuşdur Məhəmməd Nadir Rzayevin. Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuş düşmənə qan uddurmuşdur. Məhəmməd Nadir Rzayev 15 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərir və şəhidlik zirvəsinə ucalır. Rzayevlər ailəsi uzun illər keçsə də eyni acını bir daha yaşayır. Şəhidimiz Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzayev Məhəmməd Nadir İlqar oğlunu ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.
“Tariximizin İmzası verlişinin” video carxı:
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
Qaynar xətt: +994 60 237 00 00 (wotsap)
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.






Yeganə Telmanqızı
XeberTıme.az