SON DƏQİQƏ

İtkin şəhidimizin 34 illik nisgili

Tarix:23-05-2026, 08:27

İtkin şəhidlər Vətənin bitməyən dərdi, ailələrin isə sönməyən həsrətidir.  
İtkin şəhid Ədalət Ələkbərovun həyat və döyüş yolu ilə sizi tanış edirik:
 

Ələkbərov Ədalət  Nəcəfalı oğlu 1965-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. O Şuşa rayon musiqi məktəbində qarmon müəllimi kimi fəaliyyət göstərir. Xüsusi sifarişlə hazırlanan qarmonu (zakaz qarmon) hələdə böyüyüb-boya başa çatdığı evdə xatirə olaraq saxlanılır. Subay idi. 
14 avqust 1992-cı ildə “Vətən dardadı” deyib könüllü olaraq adını orduya yazdırıb döyüşlərə qatılır. Xocavənd rayonu uğrunda gedən qızğın  döyüşlərdə şücaətliklə vuruşur. Döyüşə 85 döyüşçü qatılır onlardan 16 nəfər şəhid olub və əsir götürülüb. 
O torpaq uğrunda canını fəda edərək adını tarixə qəhrəman kimi yazdırır. Xocavənd rayon Əmirallar kəndi yaxınlığında düşmən tərəfindən əsir götürülür. Bu günə qədərdə Ədalət Ələkbərlidən bir xəbər yoxdur.                   

Anası Nargilə xanım, atası Nəcəfalı kişi oğul həsrəti ilə saçların ağardaraq haqq dünyasına qovuşdular. 
Füzuli rayon Yağlıvənd kənd sakini  Kazımov Əhəd Musa oğlunun sözlərinə görə “erməni polis əməkdaşı Albert Voskanyan ona Ədalətin sağ olduğunu və Xankəndində saxladığını bildirib.” 
34 ilin həsrəti ilə yaşayan itkin şəhidlərimiz xalqımızın qəlbində silinməz iz qoyub. Hər bir itkin şəhidin arxasında gözləyən ana, dua edən ata, yol çəkən övlad və qürurlu bir xalq dayanır. Vətən itkin şəhidlərin əmanəti ilə daha da müqəddəsdir!


Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ