SON DƏQİQƏ

Yeganə Telmanqızının təqdimatında “Tariximizin İmzası”- 25.05.2026

Tarix:25-05-2026, 22:38

“Tariximizin İmzası” adlı  verliş hər həftənin çərşənbə günü saat 13:00-dan-14:00-dək Bestfm.az radiosunda canlı olaraq səslənəcək. 

Bestfm.az radiosunda vətənpərvər telejurnalist  Yeganə Telmanqızının təqdimatında 25.05.2026-cı il tarixində səslənən “Tariximizin İmzası” adlı verlişinin qonaqları Vətən müharibəsinin əsgər şəhidi Elməddin Abdullayevin    anası Tahirə Abdullayeva, atası Telman Abdullayev oldular.  

Verlişdə şəhid Elməddin Abdullayevin uşaqlıq, yeniyetmə, gənclik illərindən, keçdiyi şücayətli və çətin döyüş yolundan söhbət açıldı. 

Verlişdə şəhidlərimizə, Azərbaycana həsr olunan mahnılar eləcədə vətənpərlik mövzundan bəhs edən mahnılarda səsləndirilib.    

                                                
 
Əsgər şəhid Elməddin Abdullayevin həyat və döyüş yolu ilə sizi tanış edirik:

Azərbaycan Ordusunun 44 günə zəfərlə bitirdiyi Vətən müharibəsində qəhrəmancasına şəhid olan əsgərlərdən biri də Elməddin Telman oğlu Abdullayevdir. O, 2001-ci il fevralın 13-də Quba rayonun Qam-qam kəndində anadan olub. 2018-ci ildə şəhid Mübariz Abdullayev adına Qam-qam kənd tam orta məktəbini bitirib. 2019-cu ilin aprel ayında isə hərbi xidmətə yollanıb.
Hərbi xidmət dövründə rəis və komandir heyətinin rəğbətini qazanan Elməddin ən yaxşı əsgər kimi fərqlənib. Xidmətinin sona çatmasına bir neçə gün qalmış Vətən müharibəsi başlayıb. Əsgər Elməddin Abdullayev də "Dəmir yumruq" hərbi əməliyyatına qatılır və 30 sentyabr Talış kənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.  
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunması uğrunda", "Suqovuşanın azad olunması uğrunda", “Vətən uğrunda” medalları ilə təltif edilib. 
Verlişin əsas məqsədi ərazi bütövlüyünün bərpası uğrunda şəhidlik zirvəsinə uçalan şəhidlərimizi, sağlamlıqlarını vətən yolunda itirən qazilərimizi və müharibə iştirakçılarımızı tanıtmaqdır.  

“Tariximizin İmzası verlişinin” video carxı:


 
Verlişin informasiya dəstəyi “XeberTıme.az” sayıtına məxsusdur.                                        
“Tariximizin İmzası” verlişini canlı izləmək üçün: www.tiktok.com/@aqil.live
                                    
Qaynar xətt: +994 60 237 00 00  (wotsap)
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
XeberTıme.az sizə “Tariximizin İmzası” verlişinin fotoxronikasını təqdim edir.




Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ