SON DƏQİQƏ

Vətən üçün doğulan qəhrəman

Tarix:29-05-2026, 12:54

Nəsirov Zaur Möhübbət oğlu 28  may 1975-cı ildə Sumqayıt şəhərində sadə, zəhmətkeş bir ailədə dünyaya gəlir. Ailənin ilk övladı olur. Həqiqət ananın və Möhübbət atanın 5 övladı Nəsirovlar ailəsində böyüyüyb tərbiyyə alır. Zaur Sumqayıt şəhər 2 nömrəli gimnaziyada (indiki Təbiət Elmləri Təmayüllü Gimnaziya) tam orta təhsilini aldıqdan sonra 1993-cü ildə həqiqi hərbi xidmətə yollanır. Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində N saylı hərbi hissədə qulluq edir. Onun döyüş yolu Beyləqan rayonundan başlamışdır. O burada döyüş üçün xüsusi təlimlər keçir və hərbi tapşırıqları yerinə yetirilməsində fərqlənmişdir.                              
Zaur Nəsirov dəfələrlə Füzuli rayonunda gedən qanlı döyüşlərdə vuruşur. Hərbi xidmətin səkkizinci ayında 29 yanvar 1994-cü ildə Füzuli uğrunda gedən ağır döyüşlərin birində  şücaətliklə vuruşub qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Subay idi. Sumqayıt Şəhidlər Xiyabanında dəfn olunub. 

   
Qardaşımı hər zaman qürurla xatırlayıram. O, Vətən uğrunda böyük şücaətlə vuruşdu və qəhrəmancasına şəhid oldu... Onun xatirələri qəhrəman oğullarımızın Vətən sevgisini, cəsarətini və unudulmaz fədakarlığını bir daha hər kəsə xatırlatdı. Zaur 19 yaşında şəhidətə ucaldı. Qardaşım Vətən uğrunda canından keçdi. Onun göstərdiyi qəhrəmanlıq bizim üçün həm böyük qürur, həm də bitməyən bir həsrətdir. Hər zaman onunla fəxr edirəm. Şəhidlərimiz xalqımızın baş tacıdır- deyə şəhidin  bacısı Hicran Nəsirova duyğulu xatirələrini bizimlə bölüşdü. Həsrət dolu bu sözlərdə həm bir bacının nisgili, həm də qəhrəman qardaşı ilə duyduğu sonsuz fəxarət hiss olunurdu. Həmdə şəhid bacısı ağrısını, qürurunu ifadə etdi. 



Dəyişməyən doğum günün mübarək əziz şəhidimiz...Vətən üçün göstərdiyin qəhrəmanlıq heç zaman unudulmayacaq. Səni sevənlərin qəlbində daima yaşayacaqsan.
 
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 
 
Yeganə Telmanqızı                                    
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ